Siyasət

BMT Ukraynada hərbi əməliyyatları dərhal dayandırmağa çağırdı

25 Avqust 2022 08:34
Baxış: 770

BMT-yə üzv olan 193 dövlətdən 54-ü Rusiyanın Ukraynadakı hərbi əməliyyatına qarşı bəyanatı imzalayıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə Ukraynanın təşkilatdakı daimi nümayəndəsi Serqey Kislitsa Təhlükəsizlik Şurasının iclasından sonra keçirilən mətbuat konfransında bildirib.

Onların arasında Avstraliya, Avstriya, Belçika, Kanada, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, Almaniya, İtaliya, Yaponiya, Latviya, Litva, Moldova, Cənubi Koreya, Türkiyə, ABŞ, İngiltərə və s. var.

Bu bəyanatda BMT-yə üzv ölkələr Rusiyanı Ukraynada hərbi əməliyyatları dərhal dayandırmağa çağırıblar.

Qeyd edək ki, fevralın 24-də Rusiya Ukraynada genişmiqyaslı hərbi əməliyyatlara başlayıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.