Siyasət

Avropa Ukrayna ordusuna təlim keçəcək

23 Avqust 2022 08:02
Baxış: 489

Avropa İttifaqı Ukraynaya qonşu ölkədə ukraynalı hərbçilərə təlim keçmək üçün missiyaya başlamaq niyyətindədir.

Milli.Az "Report"a istinadən bildirir ki, bunu İspaniyada Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrell deyib.

Onun sözlərinə görə, gələn həftə Aİ müdafiə nazirlərinin Praqada keçiriləcək görüşündə Ukrayna hərbçilərinin təlimi üçün böyük əməliyyata başlamaq təklifi siyasi baxımdan müzakirə olunacaq:

"Davam etməkdə olan müharibənin təkcə təchizat baxımından deyil, həm də təlim və ordunun təşkilinə köməklik baxımından səy tələb etməsi ağlabatan görünür".

Borrel həmçinin qeyd edib ki, missiya Ukraynada deyil, qonşu ölkədə yerləşəcək: "Biz yüz minlərlə əsgərin səfərbər olunduğu real, şərti müharibə ilə üz-üzəyik və istənilən missiya vəzifəyə uyğun olmalıdır".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.