Siyasət

“Dəniz kuboku”: "Hava hədəfinə artilleriya atışı" çalışması yerinə yetirilib - FOTO

18 Avqust 2022 22:33
0 Şərh     Baxış: 436

Azərbaycan, Qazaxıstan, Rusiya və İranın hərbi dənizçilərinin iştirakı ilə keçirilən "Dəniz kuboku" müsabiqəsi davam edir.

Müdafiə Nazirliyindən verilən məlumata görə, müsabiqənin növbəti gününün proqramına uyğun olaraq iştirakçı komandalar "Hava hədəfinə artilleriya atışı" çalışmasını yerinə yetiriblər.

Çalışmanın şərtinə əsasən döyüş hazırlığı poliqonuna çıxan gəmilərin heyətləri göyərtə kompleksində quraşdırılmış artilleriya qurğularından istifadə etməklə təyin olunmuş hündürlükdə yerləşən hava hədəfinə atəş açıblar.

Hədəfin məhv edilməsinə və seçilmiş sürət həddinə görə hakimlər tərəfindən qiymətləndirilmə aparılıb.

Müsabiqədə iştirak edən komandaların hər biri çalışmanın öhdəsindən bacarıqla gəlib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.