Ermənilərin Laçın vəhşiliyi: sülhməramlılar nəyi "qoruyur"?
Fikrimcə, Azərbaycan Baş Prokurorluğu da Ermənistanın cinayətləri və separatçıların təxribatları ilə bağlı qəti addımlar atmalıdır.
Milli.Az xəbər verir ki, bu sözləri axar.az-a açıqlamasında Laçında erməni separatçılarının son təxribatları haqqında danışan ehtiyatda olan polkovnik, hərbi ekspert Üzeyir Cəfərov deyib.
Polkovnik rus sülhməramlılarının öz vəzifələrini yerinə yetirmədiklərini, erməni cinayətlərinə göz yumduğunu bildirib:
"2020-ci ildə də Azərbaycan Kəlbəcəri tərk etmələri üçün ermənilərə əlavə vaxt verdi. Onların verilən vaxt çərçivəsində hansı vəhşilikləri və cinayətləri törətdiyi hamımıza yaxşı məlumdur. Ancaq Kəlbəcərdə törədilən cinayətlərlə bağlı istintaq fəaliyyətləri sona çatdırılmadı. Baxın, Ukrayna Baş Prokurorluğu müharibə gedə-gedə nə qədər cinayətkarı məsuliyyətə cəlb edib, eyni zamanda, beynəlxalq müstəvidə də müəyyən nailiyyətlər qazanırlar. Vitali Balasanyan kimi cani Laçında heç nəyə toxunulmayacları haqqında söz verir, lakin biz əksini görürük. Hansısa erməni dığası evə benzin töküb yandırır və onu videoya çəkir".
Ekspert qeyd edib ki, 30 il müddətində işğalda saxladıqları şəhərlərimizi, kəndlərimizi səhralığa çevirən ermənilərdən hansısa nəzakət, normal davranış gözləmək mənasızdır:
"Rus sülhməramlılar isə baş verən vəhşilikləri, cinayətləri seyr etməklə məşğuldurlar. Əgər həmin cinayətləri törədən ermənilərin bir-ikisi cəzalandırılsaydı, separatçılar hədlərini aşmazdı. Biz niyə onların bizə vurduğu ziyanın ödənilməsini tələb etməməliyik? Erməni heç vaxt qayda-qanun tanımayıb və tanımayacaq. Rusiya sülhməramlılarına etimad göstərildi ki, onlar eyni vəhşiliklərin törədilməsinə imkan verməyəcək, lakin biz tam əksini gördük".
Üzeyir Cəfərov Azərbaycanın daha qəti və kəskin addımlar atmalı olduğunu vurğulayıb:
"Əslində Zabuxda tikilən evləri, hətta daha artığını Ermənistan Azərbaycana kompensasiya kimi ödəməlidir. Buna reklarasiya deyirlər. Cinayətlər dünyanın gözü qarşısında baş verir. Azərbaycan öz şəhidinin qanını almaq üçün "Qisas" əməliyyatı keçirəndə Rusiya MN bizim atəşkəsi pozduğumuzu rəsmi şəkildə bildirdi. Bəs burda niyə ağızlarına su alıb dururlar? Kəlbəcərdəki kimi, Laçına mina döşəsələr, bunun cavabını kim verəcək, məsuliyyətini kim daşıyacaq? Müharibə bitdikdən sonra yenə hərbçilərimiz, mülki vətəndaşlarımız minaya düşürlər, şəhid olurlar, həyatlarını itirirlər, yaxud xəsarət alıb əlil kimi yaşamalı olurlar. Bəyanatlardan daha artıq işlər görülməlidir. Çünki Zabux, Laçın rayonu yandırılandan sonra oraya əhalini dərhal köçürmək mümkün olmayacaq. Həmin kəndlərin, rayonun minalardan təmizlənməsi, evlərin, binaların yenidən inşası, infrastrukturun qurulması üçün xeyli vaxt lazımdır. Əgər evləri, meşələri yandıran cinayətkar ermənilər cəzalandırılmasa, onlar bütün Laçını viran qoyacaq. Baş verən vəhşiliyin qarşısının alınması üçün mütləq şəkildə konkret, qəti və kəskin addımlar atılmalıdır".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Pakistan XİN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
-
Ceyhun Bayramov ABŞ-a getdi
-
Dövlət Suverenliyi Günü milli birliyin rəmzidir - Kamaləddin Qafarov
-
İsrail səfirliyi Azərbaycanı Suverenlik Günü münasibətilə təbrik edib
-
Ərazi bütövlüyünün bərpasının rəmzi: Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü
-
Dövlət suverenliyinin bərpası regionda yeni siyasi reallıq yaradıb - XİN
XƏBƏR LENTİ
-
Tbilisidəki kütləvi zəhərlənmənin səbəbi məlum oldu
-
Pakistan XİN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
-
Rafinya “Barselona” tarixində yeni rekorda imza atdı
-
Hava ilə bağlı son məlumat
-
Ceyhun Bayramov ABŞ-a getdi
-
Dövlət Suverenliyi Günü milli birliyin rəmzidir - Kamaləddin Qafarov
-
İsrail səfirliyi Azərbaycanı Suverenlik Günü münasibətilə təbrik edib
-
Rusiyanın itkiləri açıqlandı
-
Aras Bulut İynemlinin narkotik istintaqında verdiyi ifadə üzə çıxdı
-
Kartof və makaron yeyənlərin nəzərinə: Təhlükəlidir
-
İran danışıqlara başlamaq üçün şərtlər irəli sürdü
-
Meysəridə festival axşamı: səhnədə sevilən ifaçılar - (Video/Foto)
-
Misli Premyer Liqasında 6-cı tura bu gün yekun vurulur
-
ABŞ-də dizel yanacağının orta qiyməti rekord həddə çatıb
-
Ərazi bütövlüyünün bərpasının rəmzi: Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü
-
Dövlət suverenliyinin bərpası regionda yeni siyasi reallıq yaradıb - XİN
-
Telefonu uşağın əlindən almağın ən doğru yolu - ekspert açıqladı
-
Eşidənlər gecələr tualetə duz tökməyə başlayıb
-
Eynəkləri, damcıları kənara qoyun: Qədim Tibet rahiblərinin "qartal gözü" bəxş edən 3 dəqiqəlik ritualı
-
Əhvalı yaxşılaşdırmağın gözlənilməz yolu
-
Hər gün bunu etsəniz bel ağrısından xilas olarsınız
-
Alkoqolu hansı məşhur içkilərlə qarışdırıb içmək olmaz?
-
Enerjini azaldan gündəlik səhvlər
-
Pendirli və göyərtili toyuq kotleti resepti





