“Qafqaz qaraçıları” Laçından çıxır - Bakının ultimatumu işə düşdü
Torpaqlarımızda 30 ildir lövbər salmış "çağırılmamış qonaqlar" üçün gerisayım başlayıb: onlara evləri yandırmamaq tapşırılıb, ancaq...
Belə görünür, erməni tərəfi Laçın rayonunun qalan ərazilərini də tərk eləmək barədə Azərbaycanın xəbərdarlığını, nəhayət, ciddiyə alıb. Xüsusən də "Qisas" əməliyyatı Bakının sözü havaya atmadığına onlarda möhkəm əminlik yaradıb.
Milli.Az "Yeni Müsavat"a istinadən bildirir ki, hər halda, son günlər erməni mediasında və siyasi kəsimində 1 nömrəli müzakirə mövzusu 10 noyabr kapitulyasiya aktının 6-cı bəndi ətrafındadır. Harada ki, 3 il ərzində "Laçın dəhlizi"nə alternativ yolun işə düşməli olmasından danışılır (2-ci qızğın müzakirə mövzusu 4-cü bəndlə - qanunsuz silahlı dəstələrin Qarabağdan çıxarılması ilə bağlıdır).
*****
Bəllidir ki, Azərbaycan yeni yolun özünə aid hissəsinin inşasını, demək olar, tamamlayıb. Götürdüyü öhdəliyə və yeni yolla bağlı xeyli öncə əldə olunan şifahi anlaşmaya intizamlı dövlət olaraq yenə məsuliyyətlə yanaşıb. Əfsus ki, Ermənistan bu dəfə də vaxtı uzatmağa çalışdığından, pis vəziyyətə düşüb. Çünki vaxt yetişib və Bakı Laçın dəhlizini (Laçın şəhəri, Zabux və Sus kəndləri) avqustun 25-dək boşaltmaq üçün İrəvana və separatçılara son möhlət, faktiki ultimatum verib.
[Avqustun sonuna qədər Laçın şəhəri, dəhliz, Sus və Zabux kəndləri boşaldılmalıdır" " Reyting.az]
Bunu separatçıbaşı Araik Arutyunyan da etiraf edib. Erməni əhali ilə görüşdə o, "vəziyyətin həqiqətən kritik olduğunu", ultimatumun Rusiya sülhməramlı qüvvələrin komandanlığı tərəfindən ona çatdırıldığını söyləyib. Özünü Zabux kəndindəki ermənilərin (adını dəyişib "Aqavno" ediblər) "icma lideri" adlandıran, Livan ermənisi Andranik Çauşyan isə jurnalistlərə bildirib ki, Xankəndindəki separatçı rejimin "prezidenti" Araik Arutyunyan onlara ultimatum mətni olan məktubu göstərib.
"Ağsaqqallar Şurasının üzvləri ilə birlikdə mən Araik Arutyunyanla görüşdüm. O, bizə dedi ki, vəziyyət ciddidir. Azərbaycandan ultimatum gəlib ki, dəhlizi boşaltmalıyıq. Onlar (Azərbaycan tərəfi - red.) belə deyiblər: "Yeni yolun inşası ilə bağlı razılaşma olub, amma siz heç bir yol çəkməmisiniz. İndi isə getmək vaxtıdır. Qalan hər şey sizin probleminizdir".
Qeyd edək ki, Çauşyan Daşnaksütyun Partiyasının üzvüdür...
*****
Bu arada Ermənistan mediası xəbər verib ki, artıq Zabuxdan erməni ailələrin üzvləri, onların uşaqları köçlə əlaqədar bir-biri ilə vidalaşmağa başlayıblar. "Artsax ictimai televiziyası" isə Azərbaycanın xəbərdarlığı ilə bağlı avqustun 25-dək evlərini tərk etməli olan Zabux və digər kəndlərin sakinləri, daha dəqiqi, torpaqlarımızda illər öncə qanunsuz məskunlaşan "çağırılmamış qonaqlar" haqda süjet yayıb.
"İnsanlar indi möcüzəyə ümid edirlər: evlərindən çıxmağı maksimum təxirə salmaq istəyirlər. Hərçənd onlara mənzil sertifikatları və köçürülmənin təşkili imkanı verilib, onlar firavan həyat üçün bunların kifayət etməyəcəyindən şikayətlənirlər", - deyə süjetdə vurğulanır.
O da bildirilir ki, avqustun 5-də "artsax"ın qondarma "ərazi idarəetmə və infrastruktur naziri" Hayk Xanumyan "sakinlər"lə görüşüb və vəd edib ki, əgər kənddən çıxarkən evlərini yandırmasalar və əmlaklarına ziyan vurmasalar, onlara mənzil almaq üçün sertifikatlar veriləcək. Xanumyan bunu ermənilərə hətta qadağan edib. Bildirib ki, belə əməllər mənasızdır...
*****
Baxaq görək, "Qafqaz qaraçıları" Kəlbəcərdəki kimi yenə ənənəvi xislətini göstərəcəklər, yandırdıqları evləri, üstəlik, hətta videoya da çəkəcəklər, yoxsa bir azca abır-həya edəcəklər? Ən maraqlısı da elə bu olacaq. Ona görə ki, əraziyə daxil olan Azərbaycan qüvvələri sözsüz ki, növbəti erməni vandallığını mütləq çəkib dünyaya göstərəcək. Ermənilərin evləri tərk edərkən ərazidə çoxlu mina basdıracaqlarına isə şəkk-şübhə yoxdur.
Yada salaq ki, Laçından rədd olub getmək zorunda qalan "çağırılmamış qonaqlar" əsasən Livan və Suriya erməniləridir. Onlar orada qalıb Azərbaycan vətəndaşları kimi yaşamaq istəsələr belə, öncə qanunlarımız qarşısında cavab verməli olacaqlar: 1. Sərhədimizi qanunsuz keçdikləri üçün; 2. Qanunsuz məskunlaşmaya görə. Sonrası isə Azərbaycan dövlətinin mərhəmətinə qalıb.
Uzun illərdir separatçıların təzyiq və psixoloji basqısı altında olan Azərbaycan xalqına qarşı ağır cinayətlər törətməmiş dinc Qarabağ erməniləri üçün isə belə problem yoxdur. Yetər ki, onlar konstitusiyamızı qəbul edib bayrağımız altına keçsinlər. Artıq proses başlayıb. İki erməni Prezident İlham Əliyevə vətəndaşlıq almaq üçün müraciət ünvanlayıb.
*****
Bu xüsusda deputat Fazil Mustafa maraqlı təklif irəli sürüb.
"Erməni əsilli keçmiş Azərbaycan vətəndaşları yenidən vətəndaşlığımızı qəbul üçün müraciət edirlər. Buna adi müraciət kimi baxmaq lazım deyil. "Hiyləgərlik edirlər", "inanmaq olmaz" kimi ifadələrin də yeri deyil. Sadəlövh olmayaq, abdəst alıb müsəlman olacaq erməni axtarışında deyilik", - deyən deputat daha sonra bildirib ki, bizim hədəfimiz Azərbaycan vətəndaşlığını qəbul edən, onun qanunlarına tabe olan ermənilərin Qarabağda yaşamasına təminat verməkdir.
"Belədirsə, siyasi cəhətdən ağıllı davranmağa məhkumuq, belə bir tendensiyanın inkişafına imkan yaratmalıyıq. Fikrimcə, ilkin mərhələdə Qarabağın bizim nəzarətimiz altında olan erməni kəndlərinin birində Azərbaycan vətəndaşlığını qəbul edən erməniləri yerləşdirib, onlarla bağlı dünyaya təbliğatı çatdırmalıyıq. Bir erməni kəndi obrazı yaratmaq və birgəyaşayış modelini təqdim və təbliğ etmək! Yəni görürsünüzmü, vətəndaşlığımızı qəbul edən ermənilərlə hər hansı problemimiz yoxdur. Normal Azərbaycan vətəndaşı kimi yaşaya bilirlər - təbii ki, hərtərəfli nəzarət mexanizmini düşünərək. İndilik ikidirlər, stimullaşdırsaq, sayları arta bilər. Buradan da Azərbaycan vətəndaşlığını qəbul edən ermənilər və terrorçu, yaxud da separatçı ermənilər ayrımını diplomatiyada daha sıx-sıx istifadə etməmiz mümkündür. Həm də təkcə diplomatiyada deyil", - F. Mustafa əlavə edib.
Həmişəki kimi, seçim yenə ermənilərindir. Gerisayım başlayıb...
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
İlham Əliyev 500 min dollarlıq mükafatının Qarabağ Dirçəliş Fonduna köçürülməsi ilə bağlı qərar qəbul edib
-
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin milli təhlükəsizlik müşavirini qəbul edib - (Foto/Video)
-
ABŞ-nin Azərbaycandakı səfirliyi: Cənubi Qafqazda sülh yeni imkanlar açır
-
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində "SABAH.city" ilə bağlı video paylaşılıb
-
Hakan Fidan Azərbaycana gəlir
-
Vuçiç Prezident İlham Əliyevin Serbiya-Azərbaycan münasibətlərinin inkişafındakı rolunu qeyd edib
XƏBƏR LENTİ
-
Sentyabrın son günləri üçün 5 bürcə şad xəbər - Həyatları dəyişəcək
-
Xuraman Əlizadə canlı yayımda ağladı – (Video)
-
Qızıl və gümüş almaq istəyənlərin nəzərinə
-
Brent neftinin qiyməti 1,51% artdı
-
Dünya və Avropa çempionunun toyu oldu - (Video)
-
Qazın qiyməti ucuzlaşdı
-
Paytaxtın 14 küçəsində tıxac var
-
Bu gün Bakının bəzi ərazilərində işıq olmayacaq
-
Ronaldonun uğurunun sirri: Yüzdə 90-ımız bunu etmir
-
Temperatur kəskin şəkildə aşağı düşə bilər
-
Suraxanıda "Daş abidə"parkını söküblər? - (Video)
-
Payız gələn kimi niyə tez-tez xəstələnirsiniz? – 5 əsas səbəb
-
Krandakı ərpi necə təmizləmək olar?
-
Kayli Cenner malikanəsini 15 milyona satdı - (Foto)
-
Babasillə bağırsaq xərçəngini necə ayırd etməli?
-
Radiatoru tozdan təmizləməyin sadə yolu - Paket və fen
-
Ayşən Mehtiyeva atası və oğulları ilə fotolar paylaşdı
-
1200 yaşı olan qəbiristanlığı dağıtdılar - (Video)
-
Bu ölkə parçalanır - 4 yeni dövlət yaranır
-
Ayan Babakişiyeva qızı ilə obyektiv qarşısına keçdi - (Foto)
-
Azərbaycanda Bilik Günüdür
-
Bakının işğaldan azad edilməsindən 108 il ötür
-
Günün qoroskopu: Tək qalmağa ehtiyac duyacaqsınız
-
Mbappe sabiq klubuna təzminat ödəyəcək





