"Ermənistan sülh istəyirsə, Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır"
Bu gün Ermənistanın baş naziri Nikol Paşınyan hökumətin iclasında çıxış edərək yenidən Azərbaycana qarşı separatçılıq iddiaları irəli sürüb. Baş nazirin sözlərinə görə, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatda "Dağlıq Qarabağ" müəyyən edilib. Bəyanat isə sadəcə Rusiya sülhməramlı kontingentinin yerləşdirilməli olduğu ərazini müəyyənləşdirib. Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisidir. Əgər Ermənistan sülh istəyirsə, ilkin şərt və istisnalar olmadan Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır.
Bundan əlavə Nikol Paşınyan bildirib ki, Ermənistan və Rusiya Azərbaycanın ərazisində yerləşdirilən Rusiya sülhməramlı kontingentinin mandatı ilə bağlı ikitərəfli razılaşma imzalayıb. Mandatı Rusiya Azərbaycanla razılaşdırmalıdır və təəssüf ki, Rusiya bu prosesdə konstruktiv deyil.
Bütün erməni birləşmələrinin (nizami, nizamsız və s.) tam çıxarılmasının şərtləri üçtərəfli bəyanatın 4-cü bəndinə əsasən tam yerinə yetirilməlidir.
Laçın dəhlizinə gəlincə, yeni marşrut eyni bəyanata uyğun olaraq 3 il ərzində hazır olmalıdır. Azərbaycan qoyulan müddətdən əvvəl şərtləri yerinə yetirir. Ermənistan indiyədək istənilən proseslərə maneçilik törədib. Bütün istiqamətlərdə demək olar ki, konkret irəliləyiş qeydə alınmayıb. Ermənistan prosesi qeyri-müəyyən müddətə təxirə salmaq taktikasına əl atır və geosiyasi hadisələrin öz xeyrinə dönüşünü gözləyir. Oxşar taktika 2-ci Qarabağ müharibəsindən əvvəl də tətbiq edilmişdi və uğursuzluqla nəticələnmişdi.
İndiyə qədər Ermənistanla Azərbaycan arasında danışıqlarda hər bir irəliləyiş Azərbaycanın təşəbbüsü və təzyiqi ilə əldə edilib. Azərbaycanın təklif etdiyi beş bənd sülh prosesinin irəliləməsi üçün vacibdir.
Sülh prosesinə gəldikdə bu baxımdan 4 əsas istiqamət mövcuddur:
1. Ermənistan və Azərbaycanın ərazi bütövlüyünə (təbii ki, Qarabağ regionu Azərbaycanın tərkibi kimi qəbul edilməklə) əsaslanan sülh müqaviləsi və gələcəkdə ərazi iddialardan imtina;
2. Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiya və demarkasiyası;
3. Nəqliyat-kommunikasiya xətlərinin açılması və iqtisadi inteqrasiya;
4. Humanitar məsələlər, o cümlədən minaların təmizlənməsi, itkin düşmüş şəxslər, əsirlər, mədəni irs (həm Ermənistan, həm də Azərbaycanda), iki etnik qrup arasında barışıq, qaçqın və məcburi köçkünlərin geri qaytarılması və s. məsələlər.
Bununla yanaşı, 10 noyabr bəyanatında əks olunmuş və yekunlaşmamış bəzi məsələlər həll olunmamış qalır:
1. Nizamlı və nizamsız bütün erməni silahlı birləşmələrin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış torpaqlarından çıxarılması;
2. Azərbaycanın qərb regionu və Naxçıvan (Zəngəzur dəhlizi) arasında dəhlizin açılması, yeni Laçın dəhlizinin açılması;
3. Laçın və digər yaşayış məskənlərinin Azərbaycanın nəzarətinə qaytarılması.
Qarabağ ermənilərinin Azərbaycan konstitusiyasında təsbit olunmuş hüquqları təmin edilməklə hüquqi, iqtisadi və digər sahələrdə Azərbaycan cəmiyyətinə reinteqrasiyası isə Azərbaycanın daxili məsələsidir.
Bu proseslər, öz növbəsində, qlobal və regional aktorlar tərəfindən dəstəklənən gələcək Cənubi Qafqaz regional əməkdaşlıq çərçivəsi ilə gücləndirilə bilər.
Münaqişə ilə bağlı gündəmi canlandırmaq (məsələn, ATƏT MQ) və müxtəlif formalarda ərazi iddialarını təşviq etmək cəhdləri prosesləri çıxılmaz dalana və gələcək müharibəyə gətirib çıxaracaq.
Fərid Şəfiyev
BMTM-in İdarə Heyətinin sədri
DİGƏR XƏBƏRLƏR
-
Leyla Əliyeva və Arzu Əliyeva "Urban Expo" sərgisi ilə tanış olublar - FOTO
-
Bakıda 7-ci Azərbaycan-Avropa İttifaqı Təhlükəsizlik dialoqu keçirilib - FOTO
-
Azərbaycan ilə BMT arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub - FOTO
-
Əli Əsədov Türkmənistana getdi
-
Leyla Əliyeva Esvatini Kralı III Msvatini ilə görüşüb - FOTO
-
İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib - VİDEO - FOTO
XƏBƏR LENTİ
-
Tbilisi marşrutu üzrə nə qədər bilet satılıb?
-
Pişiyi ölən müğənninin kövrəldən GÖRÜNTÜSÜ - VİDEO
-
Bu ölkədə güclü zəlzələ oldu
-
AZAL Naxçıvan reyslərini yenidən bərpa edib
-
Samed Ağırbaş WUF13-ün sıfır tullantı və dayanıqlı şəhərlər gündəmini COP31-lə əlaqələndirdi
-
Fələstin məsələsində dünya dəyişir: Vaşinqton təzyiq altında
-
Alimenti ödəyə bilməyənlərin yerinə pulu kim ödəyəcək? - VİDEO
-
Əhaliyə ŞAD XƏBƏR - Bu məhsul ucuzlaşır
-
"Beşiktaş"ın ulduzları sarışın gözəllərlə yeyib-içdilər - 18 minlik hesabı ödəməyib QAÇDILAR - FOTOlar
-
Saat 10:00-dan Bakının bu ərazilərində işıq KƏSİLİR
-
Həbs qərarı verilən Serenay Sarıkayadan ilk AÇIQLAMA
-
İstidə buz kimi ayran içənlərə XƏBƏRDARLIQ
-
Gürcüstana gedənlərə VACİB XƏBƏR - Əlavə 12 manat da ödəməlisiniz
-
"Gülləri siz gətirməliydiniz, mən məzarınıza yox..."
-
Azərbaycanın quru sərhədləri AÇILIR? - Gözlənilən dəyişiklik
-
Neft bazarında sürpriz artım - “Azeri Light” 114 dolları keçdi
-
41 yaşında vəfat etdi
-
Bakıda WUF13-ün sonuncu günü keçirilir
-
“Müasir dövrdə informasiya mühiti və sosial çağırışlar fonunda gənclər arasında mənəvi dəyərlər” mövzusunda tədbir keçirilib - FOTO
-
Pərvin xeyli arıqlayıb BELƏ OLDU - VİDEO
-
“Əl-Nəsr”i çempion etdi, özü isə GEDİR
-
Kilosuı 37 manatdan 10 AZN-ə düşdü: Sübh tezdən dağdan yığılır - FOTO
-
Kabağın içini saniyələr içində çıxaran praktik üsul
-
Orta Əsr ayaqyolu quyusunda dəftər və ipək tualet kağızı tapıldı - FOTO





