Azərbaycan ərazisində olan qeyri-qanuni erməni silahlı qüvvələrinin çıxarılması normallaşma prosesi üçün əsas şərtlərdən biridir - Sevil Mikayılova
Azərbaycan ərazisində olan qeyri-qanuni erməni silahlı qüvvələrinin çıxarılması normallaşma prosesi üçün əsas şərtlərdən biridir. Azərbaycan Ordusunun keçirdiyi "Qisas" cavab əməliyyatı Ermənistan üçün son xəbərdarlıq olmalıdır. Ordumuz növbəti dəfə göstərdi ki, Azərbaycanın suveren ərazilərində törədiləcək istənilən terror və təxribata qarşı cavab tədbirləri daha ağır və sarsıdıcı olacaq.
Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Sevil Mikayılova deyib.
S.Mikayılova vurğulayıb ki, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin törətdikləri terror-təxribat əməllərinə cavab olaraq Azərbaycan Ordusu "Qisas" əməliyyatını keçirdi. Nəticədə düşmənə növbəti dəfə sarsıdıcı zərbə vuruldu:
"Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri avqustun 3-də 2020-ci il 10 noyabr tarixli Bəyanatın müddəalarını kobud surətdə pozdular. Azərbaycan Ordusunun bölmələrinə qarşı terror-təxribat əməli törədildi və nəticədə Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Kazımov Anar Rüstəm oğlu şəhid oldu. Azərbaycan Ordusu şəhidimizin qisanını aldı, həm də düşmənə növbəti göz dağı verdi.
Qeyri-qanuni erməni silahlı dəstələrinin terror-təxribatından əlavə son günlər baş verənlər, eləcə də Ermənistan tərəfinin açıqlamaları və provokasiyaları gərginliyin baş verəcəyinə dəlalət edirdi. Ermənistan Təhlükəsizlik Şurasının sədri Armen Qriqoryan Laçın dəhlizi ilə bağlı Ermənistan ərazisi haqda danışırmış kimi açıqlamalar verirdi.Bütün bunların qarşı tərəfin vəziyyəti gərginləşdirmə cəhdləri idi".
Deputat onu da əlavə edib ki, bölgədə sülh və sabitliyin təmin olunması, habelə münaqişə sonrası normallaşma üçün üçtərəfli bəyanatların tam icrası vacibdir. Azərbaycan, öz tərəfindən üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirir. Ermənistan tərəfi isə müxtəlif vasitələrlə normallaşma prosesini ləngitməyə çalışır.
"10 noyabr 2020-ci il tarixli bəyanatın müddəalarının yerinə yetirilmədiyi, xüsusilə də erməni silahlı dəstələrinin hələ də Azərbaycan ərazilərindən çıxarılmadığı dəfələrlə bəyan edilib. Üçtərəfli bəyanatın 4-cü maddəsinə əsasən "Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir". Lakin hələ də qeyri-qanuni erməni silahlı qüvvələrinin Azərbaycan ərazilərində qalmaqda davam edir.
Azərbaycan ərazisində olan qeyri-qanuni erməni silahlı qüvvələri çıxarılmalı, qanunsuz silahlı dəstələr isə tərksilah edilməlidir"
S.Mikayılova qeyd edib ki, Azərbaycan öz ərazilərinin təhlükəsizliyini və bütövlüyünü qanuni əsaslarla təmin edir.
"Ermənistan tərəfi İkinci Qarabağ müharibəsindəki ağır məğlubiyyətdən dərs çıxarmalıdır. Azərbaycan Ordusu "Qisas" cavab əməliyyatı ilə göstərdi ki, düşmənin cavabını hər an verməyə hazırdır. Terror-təxribat hərəkətləri bölgədə sülhü pozmaq cəhdləridir və Ermənistan buna son verməldir".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyev Bakıda keçirilən beynəlxalq elmi-praktik konfransın iştirakçılarına müraciət ünvanlayıb
-
Gürcüstan Azərbaycana yeni səfir təyin edib
-
Trampın sərvəti açıqlandı
-
Azərbaycan AMERİPOL-da strateji tərəfdaşa çevrilir
-
İlham Əliyevin sosial şəbəkə hesablarında beynəlxalq konfransların iştirakçılarının qəbuluna dair video paylaşılıb - (Video)
-
Prezident İlham Əliyev: Türk dünyasını, Qafqaz bölgəsini sülh şəraitində saxlamaq üçün böyük səylər göstərməliyik
XƏBƏR LENTİ
-
Trampın 7 milyard dollarlıq sərvətinin sirri - Pulları haradan gəlir?
-
Paşinyan mükafat almaq üçün Almaniyaya gedir
-
Sentyabrın 17-də hava belə olacaq - Proqnoz
-
Veteranlara şad xəbər - 400 manat...
-
Hakimlər Komitəsinin sədrindən etiraf: Penalti səhv imiş
-
Prezident İlham Əliyev “Qobustan” Günəş Elektrik Stansiyasının açılışında iştirak edib - (Foto)
-
Türkiyədə dönər və qiymə ilə bağlı yeni qaydalar qüvvəyə mindi
-
General-mayor Anton Qrunis öldü
-
Mbappe PSJ-yə pul ödəməli olacaq
-
Qara Qarayev tıxacda qalan uşaqla selfi çəkdi - (Video)
-
Auditorlar Palatasının bir qrup üzvü və əməkdaşı “Tərəqqi” medalı ilə təltif edilib
-
Prezident İlham Əliyev Bakıda keçirilən beynəlxalq elmi-praktik konfransın iştirakçılarına müraciət ünvanlayıb
-
Mertsin ABŞ səfəri ləğv edildi
-
Hündürdaban ayaqqabının bu təhlükəsini heç kim bilmir - Xəbərdarlıq
-
Tıxaca görə dərsə gecikən tələbələrə güzəşt olacaq?
-
İstanbulda boyun kütlətməyə gedən tır sürücüsü öldü - Həkimdən xəbərdarlıq - (Video)
-
Qəbələdə 65 yaşlı kişini avtomobil vurdu - Öldü
-
Bakıda 82 yaşlı kişi 9 mərtəbəli binadan yıxılaraq öldü
-
Hafiz Həsənovun məhkəməsində son qərar açıqlandı
-
Ronaldu "Əl-Nəsr"in sahibi olacaq?
-
"Ziraat Bank Azərbaycan" çoxdan gözlənilən “Payız kampaniyası”nı təqdim edir!
-
TDT-nin müsəlman dini idarə rəhbərləri Ağdama gəliblər - (Foto)
-
Azərbaycanda quru sərhədlər açılır?
-
"Son mənzilə qədər Rəmişin yanında olmusunuz" - (Video)





