Ermənilər fəal şəkildə hazırlaşır - Qarabağda yeni müharibə başlayır?
"Hazırda müharibədən sonrakı vəziyyətlə bağlı ictimayət arasında müxtəlif fikirlər müzakirə olunur. Döyüş əməliyyatlarının bərpası ilə bağlı spekulyasiyalar ölkənin daxili gündəmini zəbt edib. Hər kəs bir-biri ilə bu məsələni müzakirə edir və müharibənin yenidən başlayacağını deyirlər. Bu, məsələ internet sosial resursları Azərbaycan seqmentində əsas mövzulardan biridir".
Bunu Milli.Az-a açıqlamasında ehtiyyatda olan polkovnik İlqar Əliyev deyib.

Hərbi ekspert bildirib ki, Ermənistan fəal şəkildə güclənməyə çalışır:
"İlk növbədə bilmək lazımdır ki, bu ehtimal geniş mənada mövcuddur. Müharibə bizim üçün bitmiş sayılsada, Ermənistan bunu qəbul etmir. İrəvan 10 noyabr Bəyannaməsini kapitulyasiya hesab etmir və özünü uduzan tərəf hesab etmir.
Onların yanaşmasının mahiyyəti ondan ibarətdir ki, 10 Noyabr Bəyannaməsi sadəcə olaraq Azərbaycanın 1994-cü ildə imzaladığı atəşkəsdir. Ermənilər fəal şəkildə hazırlaşır və 44 günlük müharibədə öz zəif tərəflərini gücləndirməyə çalışırlar - bunu məsələn, Hindistandan pilotsuz təyyarələr almaq cəhdi sübut edir.
Eyni zamananda Ermənistan Laçın dəhlizinə alternativ yolun çəkilişində əlini ağdan qaraya vurmayıb və öz üzərinə düşən yol hissəsində bir metrdə bələ iş görməyib. Böyük ehtimalla Ermənistan Laçın koridorunu və Laçını işğal plaçdarmı kimi görür. Və ən əsası hələ də öz separatçı tör-töküntülərinin Qarabağdan çıxarmayıb.
Əslində dalana dirənən Ermənistan 10 noyabr bəyanatının əsas bəndləri yerinə yetirilmədiyi halda, bütün danışıqlarda diqqəti "Qarabağın statusu"na yönəldir və Minsk Qrupunun fəaliyyətinin bərpasını tələb edir. Aydındır ki, bu vəziyyət davam etdikcə sülh sazişi imzalanmayacaq, sərhədlər müəyyən edilməyəcək, dəhlizlər açılmayacaq, gərginlik azalmayacaq.
Vəziyyəti öz xeyrimizə dəyişmək üçün hər hansı bir yolla Ermənistanı sülhə dəvət etmək məcburiyyətindəyik. Bunun üçün hibrid müharibəsinin ən vacib istiqamətlərindən olan iqtisadi və siyasi təziqlərimizi artırmaqla yanaşı, sonradan reallığa çevrilə biləcək güc nümayiş etdirməliyik.
Bir deyim var "Türkün başına nə gəlirsə yuxuda gəlir" və məhs bu səbəbdən də eyni zamanda Ermənistanın tətbiq edə biləcəyi assimmetrik müharibə cəhdlərini qabaqlamağa hazır olmalıyıq. Qəbul olunarsa, siyasi və diplomatik yolla, qəbul edilmədiyi təqdirdə hərbi yolla bu məsələ həl olunacaq. Amma bu hansi növ əməliyyat olacaq ( müharibə, antiterror və s.) necə və nə vaxt keçiriləcək heç kim bilmir.
Reallıq ondan ibarətdir ki, rəsmi Moskva, Avropa, Amerika hər şeyi çox gözəl bilir və artıq hamı ermənilərdən, onların şıltaqlıqlarından çox yorulub".
Təhməz Əsədov
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
"Belem Missiyası 1.5" Troykasının mandatı çərçivəsində məsləhətləşmə keçirilib - XİN
-
Azərbaycan Meksikanın ərazi bütövlüyümüzə qətiyyətli dəstəyini yüksək qiymətləndirir - Hikmət Hacıyev
-
Meksika Azərbaycanla investisiya və ticarət əlaqələrini genişləndirmək istəyir – Səfir
-
ABŞ səfirliyi terrorizmlə mübarizəyə verdiyi töhfəyə görə Azərbaycana təşəkkür edib
-
İzləmə və kiberhücumlar daha əlçatan olur: süni intellekt hansı rolu oynayır ?- Anthropic hesabatının TƏHLİLİ
-
Azərbaycan üçün Ermənistanla münaqişə başa çatıb - Hikmət Hacıyev
XƏBƏR LENTİ
-
"Selena"nın ulduzları gəlinlikdə - (Fotolar)
-
Psixoloqlara görə, soyuducuya maqnit asmaq bunu bildirirmiş
-
Qəhvəsini şəkərsiz və sütsüz içənlərin ortaq xüsusiyyəti var imiş
-
Həmin obraz Savaş Özdemirə verilmişdi - Etirazlardan sonra dəyişiklik
-
Yeni yaradılacaq "rəqabət xəritəsi"nin məqsədi nədir? - (Video)
-
Günün qoroskopu: İntuisiyanız məntiqinizi üstələyəcək
-
Elşad Xose haqqında yayılan xəbərlərdən sonra ilk dəfə - (Video)
-
Futbolda yeni cəza: "Qara kart" göstəriləcək
-
80 yaşında olması inanılmazdır - (Video)
-
“Qalatasaray”da ilk ayrılıq: Okan Buruk qərarını verdi
-
Əsa ilə görüntülənən Cem Yılmazdan iddialara cavab - (Video)
-
Cüdoçumuz Narek Vardanyanı məğlub edərək qızıl medal qazandı - (Video)
-
“Dedilər, 240 kiloya davamlıdır, ikisinin çəkisi o qədər olardı” - Coşqunun dayısı - (Video)
-
40 min azalma: siniflər boşalır, müəllimlər ixtisar olunur
-
Paşinyan Göyçə gölündə çimdi - Video
-
Qusarda kəsici alətlə ictimai qaydanı pozan şəxs saxlanılıb
-
Vüsal Aslanovdan yüksək vəzifəyə təyinat - (Foto)
-
"Sumqayıt" - "Şamaxı" matçında heç-heçə, "Kəpəz"dən qələbə
-
"Anamın cəsədini qucaqlayıb, ayrıla bilmirdim" - İntiqam Kərimov
-
İran və Oman Hörmüz boğazında razılığa gəldi
-
Sinoptikdən anomal isti qış xəbərdarlığı
-
Kəlbəcərdə növbəti Bal Festivalı keçirilib - (Foto)
-
“Bizdə oriental oynaya bilmirlər, bədənləri silikonla doludur” - Elza Seyidcahan
-
İngiltərə Premyer Liqasında "Liverpul" və "Çelsi" xal itirib





