İrəvan Qarabağa "ordu" göndərir - Rusiya səssiz qalsa Azərbaycan vuracaq
"Ermənistan Respublikasının müntəzəm olaraq müxtəlif bəyanatlar səsləndirməsi və təxribat xarakterli fikirlər irəli sürmələri daha çox informasiya müharibəsinin tərkib hissəsi olaraq onların daxili auditoriyasını sakitləşdirmək üzərinə hesablanıb. Çünki ortada bir məğlubiyyət var, digər tərəfdən iqtisadi böhran və Ermənistanda hazırda baş verən siyasi gərginliklər təbii ki, insanların fikrini müəyyən istiqamətə çəkməyə ehtiyac yaradır".
Bunu Milli.Az-a açıqlamasında hərbi analitik, "M5 müdafiə və strategiya" jurnalının Qafqaz və Orta Asiya üzrə nümayəndəsi Alp Arslan İmamqulu deyib.

O bildirib ki, muzdlu erməni silahlı dəstələrinin Qarabağa qanunsuz gəlişinə icazə veriləcəyi təqdirdə daha sərt addımlar atılacaq:
"Mövcud vəziyyətdə muzdlu erməni dəstələrinin Azərbaycan ərazilərində hər hansı bir əməliyyat icra edə bilməsi və qarışıqlıq yaratması qeyri-mümkündür. Ona görə ki, Azərbaycan Silhalı Qüvvələri ərazi bütövlüyümüz və təhlükəsizliyimiz adına lazımlı bütün addımları atmaqdadır və tədbirlər görməkdədir.
Qaldı ki, Sülhməramlı Qüvvələrin muzdlu erməni silahlı dəstələrinə Qarabağ gəlmələrinə izin verdiyi halda Qarabağ ərazisində qalmasına, bu, özü də başqa bir məsələdir. Çünki onların da 10 noyabr bəyanatına əsasən bəlli bir öhdəlikləri var. Öhdəliklərinin də ən başında Azərbaycan ərazilərində olabiləcək erməni əsilli teroristlərin tərkisilah edilib ərazilərimizdən çıxarılması idi.
Bu olmadığı təqdirdə və buna zidd davranışlar açıq-aşkar sərgilənərsə, təbii ki, artıq sülhməramlıların Azərbaycan ərazisini tərk etməsinə ehtiyac olacaqdır. Davamlı olaraq əlbəttə ki, sülhməramlı qüvvələrin ikili standartlarda davrandıqlarının dəfələrlə şahidi olmuşuq və buna qarşıda etirazlarımız rəsmi qaydada bəyan edilib. Bundan gərəkli dərslər alındığını düşünürəm. Amma gələcəkdə təkrar olaraq muzdlu erməni silahlı dəstələrinin ərazilərimizə qanunsuz gəlişinə icazə veriləcəyi təqdirdə daha sərt addımlar atılacağı da istisna edilmir".
Qeyd edək ki, Ermənistan Müdafiə Nazirliyinin Baş Qərargah rəisinin müavini Saak Saakyanın son açıqlaması zamanı bildirib ki, "Xidmətə yeni qəbul olunan çağırışçıların püşkatma mərasimi ərazi bölmələrində yayımlanır, valideynlər oturub bütün prosesi izləyirlər. Püşkatmada Qarabağ ərazisi yoxdur. Biz Qarabağa müqaviləli hərbçiləri göndəririk".
Təhməz Əsədov
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
İlham Əliyev Sərvər Bəşirli haqqında: Köhnə bir avtomobillə yorğan-döşək - əlində nə var idi onu gətirmişdi
-
Paşinyan Prezident İlham Əliyevə Cənubi Qafqazda sülhə töhfəsinə görə təşəkkür edib
-
XİN Fransanın Azərbaycana səyahət xəbərdarlığını pisləyib
-
Azərbaycan TDT daxilində fəal mövqeyə malikdir - Kamaləddin Qafarov
-
Azərbaycan XİN Çilini təbrik etdi
-
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində Birinci xanım Mehriban Əliyeva ilə Şamaxıya səfəri ilə bağlı görüntülər paylaşılıb - (Video)
XƏBƏR LENTİ
-
Əfsanəvi futbolçu vəfat etdi
-
Şəbnəm Tovuzlu fanatına ağız büzdü – (Video)
-
Azərbaycanda 90 məktəblə bağlı qərar verildi
-
30 illik işğaldan tam suverenliyə - Prezident İlham Əliyevin böyük Zəfəri
-
Bundesliqa: “Bavariya” darmadağınla qalib gəldi
-
Nərgiz Rüstəmovaya yüksək vəzifə verildi
-
Qış gəlmədən ehtiyatınızı görün çağırışı edildi
-
Bakıda parkda şüşə konstruksiyada yaranan çatlar təhlükəlidir? - (Video)
-
İki gəlin, iki bəy eyni məclisdə evləndi – (Video)
-
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
-
Rusiyada uşaqlara Burak adını verirlər
-
Əl ilə yazmaq yaddaşı gücləndirir
-
Toyuğun döşü, yoxsa budu daha faydalıdır?
-
Arıqlayaraq tanınmaz dərəcədə dəyişən məşhurlarımız – Kimə daha çox yaraşıb? - (Fotolar)
-
Bakıda I Türk Dünyası Bəstəkarları Qurultayının qala-açılış konserti keçirilib - (Foto)
-
Bananı qətiyyən bunlarla birlikdə yeməyin
-
Suraxanıda çuxur böhranı: Sakinlər və sürücülər çıxılmaz vəziyyətdə - (Video)
-
“Heç nə dəyişməyib, insanlar hələ də məndən qorxurlar” - Şeron Stoun - (Foto)
-
Qarabağda sülh və suverenlik: Azərbaycan Ordusunun 2023-cü il antiterror əməliyyatı
-
Günün qoroskopu: Enerjinizlə bütün diqqəti üzərinizə çəkəcəksiniz
-
“NATO şişir və genişlənir” - Putindən xəbərdarlıq
-
Ermənistanda sabiq nazir məhkəmədən xərəkdə çıxarıldı - (Video)
-
İlham Əliyev Sərvər Bəşirli haqqında: Köhnə bir avtomobillə yorğan-döşək - əlində nə var idi onu gətirmişdi
-
Bakıda üç uşaq anası marketdə əri tərəfindən döyüldü - anbaan (Video) - Yenilənib





