Siyasət

Prezident: Azərbaycanın digər təşəbbüsü BMT-də Qoşulmama Hərəkatının dəstək ofisinin yaradılmasıdır

30 İyun 2022 11:44
Baxış: 324

Bizim digər təşəbbüsümüz BMT-də Qoşulmama Hərəkatının dəstək ofisinin yaradılmasıdır. Bu təşəbbüs Qoşulmama Hərəkatının bütün üzvləri tərəfindən dəstəklənib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Prezident İlham Əliyev Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransında çıxışı zamanı bildirib.

"Hesab edirəm ki, bunun da zamanı yetişib. Dəstək ofisinin yaradılması təşkilatımızın institusional inkişafı üçün növbəti addımdır. Bu, beynəlxalq arenada maraqlarımızı qorumaqda və ölkələrimiz arasında həmrəyliyi gücləndirməkdə mühüm rol oynayacaq", - deyə dövlətimizin başçısı qeyd edib.

Milli.Az

 

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics