Prezident İlham Əliyev Aşqabadda Putin ilə görüşüb - VİDEO - FOTO
İyunun 29-da Aşqabadda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə görüşü olub.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Xəzər Sammiti çərçivəsində Prezident İlham Əliyev ilə görüşməkdən məmnunluğunu ifadə edən Prezident Vladimir Putin dövlətimizin başçısının Rusiyaya səfərini xatırlatdı, ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd edilməsinin önəmini bildirdi. Əlaqələrimizin genişləndiyini və hazırkı səviyyəsinin çox yaxşı olduğunu deyən Rusiya dövlətinin başçısı razılaşdırılan bütün məsələlərin icra edildiyini vurğuladı. Prezident Vladimir Putin qeyd etdi ki, ticarət dövriyyəsi artır. Bu artım keçən il 16 faizdən çox, bu ilin üç ayının nəticələrinə görə 5,5 faiz təşkil edib. Beləliklə, ticarət dövriyyəsinin inamlı artımı müşahidə olunur.
Siyasi əlaqələrimizə toxunan Prezident Vladimir Putin Rusiya xarici işlər nazirinin Bakıya səfərini xatırlatdı, Rusiya hökuməti sədrinin və Dövlət Duması sədrinin də Bakıya səfərlərinin planlaşdırıldığını qeyd etdi. Rusiya dövlətinin başçısı bildirdi ki, ən əsası isə 2024-cü ilə qədər Rusiya-Azərbaycan birgə əməkdaşlıq planının reallaşdırılmasıdır. Beləliklə, bütün sahələrdə inkişaf var.
Prezident Vladimir Putin qeyd etdi ki, regional təhlükəsizlik, o cümlədən Qarabağ məsələsinin nizamlanması barədə də Azərbaycan dövlətinin başçısı ilə müzakirə aparılıb və bu görüş də həmin mövzunun nəzərdən keçirilməsi üçün imkan yaradır.
Nahar vaxtı qeyri-rəsmi təmas zamanı Prezident İlham Əliyevin ifadə etdiyi fikirləri xatırladan Rusiya dövlətinin başçısı Sammitin işgüzar keçdiyini, regional əməkdaşlığın inkişafına dair maraqlı təkliflərin irəli sürüldüyünü dedi. Dövlətimizin başçısı ilə görüşün faydalı olduğunu bildirən Prezident Vladimir Putin aparılan müzakirələrin ikitərəfli münasibətlərimizin inkişafına əlavə təkan verəcəyini qeyd etdi.
x x x
Xoş sözlərə görə minnətdarlığını bildirən Prezident İlham Əliyev Rusiya Prezidenti ilə görüşdən məmnunluğunu ifadə etdi və bildirdi ki, Prezident Vladimir Putin ilə keçirilən görüşlər həmişə əlaqələrimiz üçün çox önəmli olub. Dövlətimizin başçısı bu görüşün də ölkələrimiz arasında dostluq və mehriban qonşuluq münasibətlərinin inkişafına töhfə verəcəyinə əminliyini bildirdi.
Azərbaycan Prezidenti ölkələrimiz arasında ticarət dövriyyəsinin artmasından, eyni zamanda, sənaye kooperasiyası, nəqliyyat və energetika sahələrində əməkdaşlığımızın genişlənməsindən məmnunluğunu ifadə etdi. Dövlətimizin başçısı bu görüşün regional məsələlərin müzakirəsi üçün də yaxşı imkanlar yaratdığını dedi.
Prezident İlham Əliyev əlaqələrimizin inkişafı baxımından bu yaxınlarda Rusiya xarici işlər nazirinin Azərbaycana səfərinin önəmini qeyd etdi və ikitərəfli münasibətlərimizin ölkələrimiz və xalqlarımız naminə bundan sonra da uğurla inkişaf edəcəyinə əmin olduğunu bildirdi.
Görüşdə ikitərəfli münasibətlərin perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər müzakirə edildi.
x x x
Prezident İlham Əliyevin Türkmənistana səfəri başa çatıb.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyev Bakıda keçirilən beynəlxalq elmi-praktik konfransın iştirakçılarına müraciət ünvanlayıb
-
Gürcüstan Azərbaycana yeni səfir təyin edib
-
Trampın sərvəti açıqlandı
-
Azərbaycan AMERİPOL-da strateji tərəfdaşa çevrilir
-
İlham Əliyevin sosial şəbəkə hesablarında beynəlxalq konfransların iştirakçılarının qəbuluna dair video paylaşılıb - (Video)
-
Prezident İlham Əliyev: Türk dünyasını, Qafqaz bölgəsini sülh şəraitində saxlamaq üçün böyük səylər göstərməliyik
XƏBƏR LENTİ
-
General-mayor Anton Qrunis öldü
-
Mbappe PSJ-yə pul ödəməli olacaq
-
Qara Qarayev tıxacda qalan uşaqla selfi çəkdi - (Video)
-
Auditorlar Palatasının bir qrup üzvü və əməkdaşı “Tərəqqi” medalı ilə təltif edilib
-
Prezident İlham Əliyev Bakıda keçirilən beynəlxalq elmi-praktik konfransın iştirakçılarına müraciət ünvanlayıb
-
Mertsin ABŞ səfəri ləğv edildi
-
Hündürdaban ayaqqabının bu təhlükəsini heç kim bilmir - Xəbərdarlıq
-
Tıxaca görə dərsə gecikən tələbələrə güzəşt olacaq?
-
İstanbulda boyun kütlətməyə gedən tır sürücüsü öldü - Həkimdən xəbərdarlıq - (Video)
-
Qəbələdə 65 yaşlı kişini avtomobil vurdu - Öldü
-
Bakıda 82 yaşlı kişi 9 mərtəbəli binadan yıxılaraq öldü
-
Hafiz Həsənovun məhkəməsində son qərar açıqlandı
-
Ronaldu "Əl-Nəsr"in sahibi olacaq?
-
"Ziraat Bank Azərbaycan" çoxdan gözlənilən “Payız kampaniyası”nı təqdim edir!
-
TDT-nin müsəlman dini idarə rəhbərləri Ağdama gəliblər - (Foto)
-
Azərbaycanda quru sərhədlər açılır?
-
"Son mənzilə qədər Rəmişin yanında olmusunuz" - (Video)
-
Bir gündə 48 cinayət açıldı, 141 nəfər saxlanıldı
-
Limon turşusunun sirri açıldı - Limonla heç bir əlaqəsi yoxdur
-
Gürcüstan Azərbaycana yeni səfir təyin edib
-
Sabunçuda avtomobil piyadanı vuraraq öldürdü
-
Xames Rodriges millidən getdi
-
Sumqayıtda ağır qəza - Ölən və yaralanan var
-
Məkkəyə hücum cəhdi - Dron məhv edildi - (Foto)





