Dövlət Komitəsinin sədri “Azİz”i yubileyi münasibətilə təbrik edib - FOTO
İsrailin Kiryat-Bialik şəhərində "Azİz" İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının yaradılmasının 15 illiyinə həsr olunmuş təntənəli tədbir keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən Milli.Az-a verilən məlumata görə, izdihamlı tədbirdə Dövlət Komitəsinin əməkdaşları, şəhər meriyasının, yerli ictimaiyyətin və Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.
"Azİz"in nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Yeganə Salmanın moderatorluğu ilə aparılan tədbirdə giriş sözü ilə çıxış edən şəhər merinin müavini Naum Raçevski qonaqları salamlayıb.
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov əlamətdar hadisə münasibətilə "Azİz" İsrail-Azərbaycan Beynəlxalq Asssosiasiyasının rəhbərliyini və üzvlərini təbrik edib. İsraildə Azərbaycan həqiqətlərinin təbliğində, zəngin mədəniyyətimizin tanıdılmasında, xalqlarımız arasında dostluq və əməkdaşlıq münasibətlərinin möhkəmləndirilməsində beynəlxalq assosiasiyanın mühüm rol oynadığını söyləyib. Vətən müharibəsi və post-müharibə dönəmində ölkəmizi fəal şəkildə dəstəklədiklərinə görə beynəlxalq assosiasiyanın rəhbərliyinə və üzvlərinə təşəkkürünü bildirib.
Sonra DİDK adından təbrik məktubu "Azİz"in prezidenti Lev Spivaka, "Diaspor fəaliyyətində xidmətə görə" Azərbaycan Respublikasının medalı kamança ifaçısı Salman Rabaevə təqdim edilib.
Tədbir Azərbaycanın xalq artisti Flora Kərimovanın və israilli musiqiçilərin iştirak etdiyi bədii proqramla davam edib. Konsert böyük maraqla və alqışlarla qarşılanıb.
Qeyd edək ki, tədbirin təşkilində "Azİz"in Kiryat-Bialikdəki şöbəsinin rəhbəri Sevin Hanukayev və Dağ Yəhudilərinin mədəniyyət və ənənələrinin qorunması mərkəzinin direktoru, "Azİz"in idarə heyətinin üzvü Şaul Siman Tov fəal iştirak ediblər.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Ukrayna buna razı olsa, sülh sazişi hazırdır - Kuşner
-
Orada Putinlə Zelenski arasında görüş qeyri-mümkündür - Peskov
-
"Belem Missiyası 1.5" Troykasının mandatı çərçivəsində məsləhətləşmə keçirilib - XİN
-
Azərbaycan Meksikanın ərazi bütövlüyümüzə qətiyyətli dəstəyini yüksək qiymətləndirir - Hikmət Hacıyev
-
Meksika Azərbaycanla investisiya və ticarət əlaqələrini genişləndirmək istəyir – Səfir
-
ABŞ səfirliyi terrorizmlə mübarizəyə verdiyi töhfəyə görə Azərbaycana təşəkkür edib
XƏBƏR LENTİ
-
Ukrayna buna razı olsa, sülh sazişi hazırdır - Kuşner
-
Bu şəxslərə 300 manat veriləcək
-
Kaşif Kozinoğlunun ölümü ilə bağlı 3 nəfər tutuldu
-
Toyda bu dəfə robot qol qaldırıb oynadı - (Video)
-
Tatarıstana PUA hücumu: Ölənlər və yaralananlar var
-
Mbappe ən yaxşı gənc futbolçunun adını açıqladı
-
Bu ərazilər qazsız qalacaq
-
Arda Turanın 7,5 milyon dollarını "yeyən" qadın yenidən məhkəmədə - 102 il...
-
İndoneziyada 241 sərnişini olan gəmi yoxa çıxdı
-
Türk bayrağına tüpürən turistə bu cəza veriləcək
-
Bu küçələrə giriş bağlandı
-
Rusiyada bu hava limanları bağlandı
-
"Zirə" "Qarabağ"a qarşı
-
Rəşad Dağlının qızı ilə Orxan Lökbatanlının dueti maraq yaratdı - (Video)
-
- Sürücülərin diqqətinə: Bu prospektdə təmir aparılacaq
-
Azərin anasını belə təbrik etdi - (Video)
-
“Kirayə götürmüşük” dediyi qızıllar odunluqdan çıxdı - (Video)
-
Orada Putinlə Zelenski arasında görüş qeyri-mümkündür - Peskov
-
İsmayıllıda qəza - Ölən var
-
Azərbaycanlı aktyor qızı ilə - (Foto)
-
“Real” Madrid derbisində darmadağınla qalib gəldi
-
Qoz yağının faydaları - necə istehlak edilməlidir?
-
Astarada ilk kivi yığımı başladı - (Video)
-
Azərbaycanlı məşhurların arxiv görüntüləri müzakirə yaratdı - Ən çox kim dəyişib? - (Fotolar)





