İrəvanın Moskva ilə məxfi Qarabağ PLANI - Paşinyan Bakını inandırmağa çalışır ki...
Ermənistandakı siyasi şou İrəvan üçün faciə ilə nəticələnə bilər. Qeyri-sabitlik, qeyri-müəyyənlik Ermənistanın hazırki vəziyyəti kimi diplomatiyası üçün də xarakterikdir.
Xüsusilə son Brüssel görüşündə Bakı ilə İrəvan arasında birbaşa dialoqun dərinləşdirilməsi, sülh müqaviləsi və sərhədlərin delimitasiya-demarkasiyası ilə bağlı konkret addımlar barədə razılıq əldə olunmasına baxmayaraq Ermənistanın mövqeyindəki qeyri-müəyyənlik prosesi ləngidir.
Əslində razılaşmaları pozmaq Ermənistanın köhnə peşəsidir.

Ancaq indiki halda rəsmi İrəvanın son razılaşmalardan yenidən yayınmaq cəhdinin arxasında iki faktor xüsusilə ön plana çıxır:
⚫️ Nikol Paşinyan müxalifətin narazılığını səngitmək məqsədilə danışıqlar prosesini manipulyasiya edir
⚫️ Xarici qüvvələr İrəvanın siyasi kursuna hələ də təsir imkanına malikdirlər.
Ermənistanın üzərinə götürdüyü öhdəliklərdən irəli gələrək məcburən qoşulduğu sərhədlərin müəyyən edilməsi ilə bağlı xüsusi komissiyanın artıq işə başlaması, görünür, bu ölkədə kimlərinsə kürkünə birə salıb. Çünki bu, faktiki olaraq o deməkdir ki, avtomatik olaraq Ermənistanda revanşist, faşist qüvvələri tərəfindən Azərbaycana qarşı irəli sürülən ərazi iddialarına da son qoyulur. Çünki əgər artıq tərəflər sərhədlərin müəyyən edilməsi ilə bağl əməli-praktiki addım ataraq bu prosesi həll edirsə, hansı "Dağlıq Qarabağ statusundan" söhbət gedə bilər?

Bu səbəbdən də Ermənistan bu gün danışıqlar prosesini pozmaq üçün bütün neqativ vasitələrə əl atmağa, istənilən təxribatlara getməyə hazır olduğunu gizlədə bilmir. Proseslər də göstərir ki, rəsmi Bakı hazırda bölgədə qalıcı sülhə ən maraqlı tərəfdir və bütün səylərini məsələnin danışıq masası arxasında həll edilməsinə yönəldib.
Ermənistan isə əvəzində istər üçtərəfli bəyanatların, istərsə də Brüsseldəki hər üç görüşdə əldə edilən razılıqlarının gerçəkləşməməsi üçün destruktiv mövqeyindən əl çəkmədiyi azmış kimi, keçmiş ritorikasından da tam imtina etmədiyini vaxtaşırı nümayiş etdirməkdən çəkinmir. Bundan belə nəticə çıxır ki, əslində müxalifət mitinqləri Paşinyan hakimiyyəti üçün eyni zamanda bir bəhanəyə çevrilir, rəsmi İrəvan bu etiraz aksiyalarından öz məqsədləri üçün istifadə etməkdə maraqlıdır.
Vətən müharibəsindən sonra postmünaqişə mərhələsində də regional proseslərdə Azərbaycanın dominantlığı okeanın o biri üzündən də açıq-aydın görünür. Biz bunu Co Baydenin Prezident İlham Əliyevə göndərdiyi, Bakıya açıq mətnlə dəstəyini ifadə etdiyi son iki məktubunda da şahid olduq. Məktublarda rəsmi Bakının regional proseslərin əsas hərəkətverici qüvvəsi kimi xarakterizə olunması diqqətdən yayınmır.
Son dönəmlər fəal missiyaçılıq fəaliyyəti ilə diqqətləri üzərinə çəkən Aİ də Ermənistanın sərhəddəki təxribatalarından, süni gərginlik yaratmaq planından narahat olmağa başlayıb. Belə görünür ki, Şarl Mişel də çox yaxşı anlayır ki, Ermənistan tərəfinin törətdiyi bu təxribatların məqsədi sülh danışılqarı istiqamətində əldə olunan mühüm razılıqları pozaraq danışıqların istiqamətini fərqli məcralara yönəltməkdə müxtəlif qüvvələr maraqlıdır.
4.jpg)
Bu qüvvələr arasında Rusiya faktoru istisna edilmir. Belə nəticə çıxır ki, "Ria Novosti" təxribatı, Sergey Lavrovun Fərrux yüksəkliyi ilə bağlı açıqlaması kimi sərhəddəki təxribatların arxasında da Moskva amili dayanır. Beləcə, Rusiya Azərbaycanın "əsəblərini yoxlayır", Bakını müxtəlif cinahlardan təzyiqlərə məruz qoyaraq prosesin ləngidilməsinə nail olmağa çalışır. Amma Azərbaycanın qərarı kimi mövqeyi də dəyişməz və qətidir!
Yaxşısı budur, İrəvan havadarlarına ümid edib, Bakını təxribatlarla çətin duruma salmaq əvəzinə anlasın ki, seçim imkanı çox deyil. Azərbaycan sərhədləri Ermənistan tərəfinin iştirakı olmadan da, təkbaşına dəqiqləşdirə bilər. Eynən 44 günlük müharibədə olduğu kimi...
Təhməz Əsədov
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycan nümayəndə heyəti Xameneinin vida mərasimində iştirak edib (Foto)
-
Ermənistan vətəndaşlarının vəsatətlərinə baxılıb (Foto)
-
Prezident İlham Əliyevə ictimai etimadın əsasları: Azərbaycanın inkişaf modelinə baxış
-
Gümrü maskaları yırtdı: Ermənilər hələ də nifrətdə qıvrılır
-
Tramp Maskdan danışdı: "Ona məktub yazdım"
-
Moldovanın Baş naziri istefa verdi
XƏBƏR LENTİ
-
DÇ-2026: Argentina və Kolumbiya 1/8 finalda
-
Piyadalar üçün nəzərdə tutulan pilləkən sürücülərə problem yaradır (Video)
-
Makiyajın effekti: Əsas məhsullar və onların rolu
-
Xroniki yorğunluq sindromu: Səbəbləri, əlamətləri və müalicə yanaşmaları
-
42 yaşlı azərbaycanlı aparıcı gözəlliyi ilə heyran etdi - (Video)
-
Dərini zədələmədən qaralmanın sirləri: Günəşlənərkən diqqət olunmalıdır
-
Qorxulu yuxular görməyin səbəbləri
-
Xiyarın möcüzəvi faydaları
-
Özbəkistanda ər arvadına qızıldan unitaz hədiyyə etdi - (Video)
-
Dünya çempionatı tarixinin 23 nəfərlik heyəti açıqlanıb
-
Biləcəridə avtobus dayanacağının zəbt olunduğu iddia edilir (Video)
-
Sevil-Sevincin qardaşının ailəsi ilə fotoları maraq yaratdı - FOTOlar
-
Misir 1/8 finalda - DÇ-2026
-
İntuitiv qidalanma nədir? İntuitiv qidalanma necə tətbiq olunur?
-
Günün qoroskopu: Şəxsi münasibətlərdə səmimi olun.
-
Ömrü qısaldan qidalar - Həkimlər uzaq durmağı tövsiyə etmir
-
Mətanət: "Gecə 12-nin yarısı oğlumun xəbəri yoxdur ki, evə gəlmişəm"
-
Zaqataladakı qəzada xəsarət alanların şəxsiyyəti məlum olub - Yenilənib
-
Röyadan Arzumun həbsinə münasibət: "Məni ağlatdı"
-
Ronaldonun yeni məşqçisi bəlli oldu
-
"Qalatasaray" Premyer Liqanın ulduzunu heyətə qatmağa yaxındır (Foto)
-
Anar Bayramov Şahin Hüseynovu yüksək vəzifəyə təyin etdi
-
Qarpızın zəhərli olub-olmadığını yoxlamaq üçün su və yod testi
-
"Eşref Rüya"nın Nusreti parik və eynəklə tanınmaz oldu (Foto)





