Siyasət

Ukrayna əkin sahələrinin 25 faizini itirib

14 İyun 2022 08:12
0 Şərh     Baxış: 470

"İşğal nəticəsində Ukrayna əkin sahələrinin 25 faizini itirib. Taxıl məhsulunun təxminən yarıya qədər azalacağı gözlənilir".

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bunu Ukraynanın kənd təsərrüfatı nazirinin müavini Taras Vısotski deyib.

"Əkin sahələrinin 25 faizinin itirilməsinə baxmayaraq, builki əkinlər əhalinin ərzaqla təmin olunması üçün kifayət qədərdir", - deyən Taras Vısotskii Ukraynanın ərzaq təhlükəsizliyi üçün təhlükə olmadığını qeyd edib.

Vısotski bəyan edib ki, ixrac edilə bilən məhsul artıqlığı 30 milyon ton ola bilər ki, bu da böyük gəlir itkisi deməkdir.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.