Siyasət

Putin özünü I Pyotrla müqayisə etdi

9 İyun 2022 23:39
0 Şərh     Baxış: 1 481

Rusiya Prezidenti Vladimir Putin özünü I Pyotrla müqayisə edib və "ərazilərin qaytarılmasını" öz vəzifəsi adlandırıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, Putin gənc sahibkarlarla görüşündə Rusiyanın indiki hədəfindən, əraziləri "geri almaq"dan danışaraq, builki hadisələri cümə axşamı Rusiyada 350 illik yubileyi qeyd edilən I Pyotrun dövrü ilə müqayisə edib:

"Biz özümüzü bir növ müdafiə etməli, bunun üçün mübarizə aparmalıyıq. I Pyotrun 350 illiyinə həsr olunmuş sərgidə idik. Demək olar ki, heç nə dəyişməyib. I Pyotr 21 il Şimal müharibəsində döyüşüb. Deyəsən, İsveçlə müharibə aparırdı. Əvvəl uğursuzluqla üzləşsə də, sonra qayıtdı və gücləndi. Sankt-Peterburqun əsası qoyulduğu yerdə - o, yeni paytaxtın təməlini qoyanda Avropa ölkələrindən heç biri buranı Rusiya ərazisi kimi tanımırdı, hamı onu İsveç ərazisi kimi tanıyırdı. Orada qədim zamanlardan fin-uqor xalqları ilə yanaşı, slavyanlar da yaşayırdılar və ərazi Rusiya dövlətinin nəzarəti altında idi.

Görünür, bu bizim də payımıza düşür ki, geri qayıdaq və güclənək".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.