"TEKNOFEST"in keçirilməsi ilə bağlı ağıla ilk gələn qardaş ölkə Azərbaycan oldu"
Türkiyə və Azərbaycan Prezidentlərinin "TEKNOFEST"ə verdiyi dəstək sayəsində dünyaca məşhur olan texnologiya festivalı bu il Azərbaycanda keçirilir. Hər iki ölkə başçısının bu addımı texnologiya sahəsinin inkişafı üçün mühüm əhəmiyyət kəsb edir.
Milli.Az bildirir ki, bunu Trend-ə özəl açıqlamasında Türkiyənin Kosmos Agentliyinin rəhbəri Sərdar Hüseyn Yıldırım deyib.
Onun sözlərinə görə, "TEKNOFEST"in Türkiyədən kənarda keçirilməsi planlaşdırılan zaman ağıla ilk gələn qardaş ölkə Azərbaycan oldu.
"Bizim üçün bura ikinci vətənimizdir. "TEKNOFEST" Türkiyədə keçirilərkən çox uğur əldə etdi. Eyni uğurları Azərbaycanda da yaşayacağımızdan çox əminəm. Həmçinin, hər iki ölkə başçısının festivalın keçirilməsinə verdiyi dəstək çox mühüm addımdır. Bu gün festivalın son günü olmasına baxmayaraq insanlar hələ də böyük maraq göstərərək buraya gəlirlər", - deyə o əlavə edib.
Qeyd edək ki, "Teknofest" mayın 26-29-da Azərbaycanda keçirilir.
Bakıda "Teknofest" festivalı Türkiyənin Sənaye və Texnologiyalar Nazirliyi, Türkiye Teknoloji Takımı Vakfının (T3 Vakfı) təşkilatçılığı, Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tərəfdaşlığı ilə keçirilir. Eyni zamanda Bakıda "Teknofest" in "prodakşn" ofisi fəaliyyət göstərir. Ofisin tam heyəti azərbaycanlı mütəxəssislərdən ibarətdir.
"Teknofest" tədbiri Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyinin və Selçuk Bayraktarın rəhbərlik etdiyi Türkiye Teknoloji Takımı Vakfının (T3 Vakfı) birgə təşkilatçılığı və qardaş ölkənin 60-dan çox dövlət qurumu, ali məktəbi və özəl şirkətinin tərəfdaşlığı ilə 2018-ci ildən etibarən hər il keçirilir.
Məqsəd Türkiyədə aviasiya, kosmik sənaye, rəqəmsal iqtisadiyyat kimi sahələrin gənclər arasında təbliği, bu sahələrdə sahibkarlığın təşviq edilməsi, festival çərçivəsində təşkil olunan yarışlar vasitəsilə gənc mühəndislərin bilik və bacarıqlarının üzə çıxarılması, eləcə də milli texnologiyaların geniş ictimaiyyətə təqdim olunmasıdır.
Trend İnformasiya Agentliyi, Day.Az, Milli.Az, Azernews, Eastweststream, Today.az və Turkic.World "Teknofest 2022" aerokosmik və texnologiya festivalının rəsmi media tərəfdaşlarıdır.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib - (Foto)
-
Prezident İlham Əliyevin dünya çempionu Əhməd Yusifovla səmimi söhbəti - (Foto)
-
Prezident İlham Əliyevin sosial media hesablarında cüdo üzrə dünya çempionatının açılış mərasimində iştirakına dair videoçarx paylaşılıb - (Video)
-
Ceyhun Bayramov və Marko Rubio Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə ediblər
-
Prezident İlham Əliyevin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb - (Video)
-
Deputat Sevil Mikayılova Aruşada IPU-nun İcraiyyə Komitəsinin iclasında iştirak edib - (Foto)
XƏBƏR LENTİ
-
Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib - (Foto)
-
“Aqrar sahə haqqında” qanun layihəsi hazırlanıb
-
Keçmiş məhkumlardan 19 kiloqram narkotik aşkarlandı
-
Sosial müavinətlə bağlı yeni xəbər - 179 min nəfər...
-
Bakıda bu qəsəbəyə taksi gəlmir - Səbəb nədir?
-
Sabirabadda 17 yaşlı oğlan 14 yaşlı qızı qaçırdı
-
Ofeliya Sənani xəstəxanaya yerləşdirildi
-
“Bu, Amerika üçün böyük gün olacaq”
-
Sea Breeze ərazisində yeni texnologiyalarla təchiz olunmuş ilk çoxzallı CineMastercard kinoteatrı açılacaq (Foto)
-
Azad Bayramov vəfat etdi
-
"İnter"li Markus Turam: "Mən Leaoyam, "Qalatasaray"da oynayıram" - (Video)
-
Moskvaya PUA hücumu: 1 nəfər ölüb, 6 nəfər yaralanıb
-
Mağazadan alınan yumurtanın içindən cücə çıxdı
-
İstanbulda məktəbdə dəhşətli hadisə: 5 qız şagird bıçaqlandı
-
"“Flydubai” hadisəsinə görə İran məsuliyyət daşıyır"
-
Vüsalə Əlizadə verilişində yerinə aparıcılıq edənə "əsəbiləşdi": “Bunu tapmısınız? - (Video)
-
Allahşükür Paşazadənin 40 il əvvəlki görüntüləri yayıldı - (Video)
-
Medvedev diskvalifikasiya olundu - Bu hərəkətinə görə - (Video)
-
Pensiya artımında yenilik: Aşağı pensiya alanlar daha çox qazana bilər
-
Rusiyanın kəndləri boşalır: 20 milyon hektar torpaq istifadəsiz qalıb
-
Qızıl almaq istəyənlərin nəzərinə
-
XİN-dən vurulan gəmi ilə bağlı açıqlama
-
Qaxda "prava"sız sürücü qəza törətdi: 1 ölü, 4 yaralı var - (Video)
-
14 yaşlı qızın görüntülərini yayan şəxslə bağlı qərar verildi





