Siyasət

Xankəndidə bütün adlar Azərbaycan dilində yazıldı

24 May 2022 22:54
4 Şərh     Baxış: 3 088

"Google maps" Azərbaycan xəritəsində dəyişiklər edib. Belə ki, proqram Vətən müharibəsində işğala son qoyulduqdan sonra Azərbaycan əraziləri ilə bağlı adları yeniləyib, Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərimizdə erməni dilində yazılan adlar dəyişdirilib.

Artıq inzibati bina, xidmət, təhsil müəssisələri, küçə adları Azərbaycan dilində yazılır. Ermənilərin narazılığına səbəb olan bu dəyişiklik sosial şəbəkələrdə də müzakirə olunub.

Üstəlik onları daha çox narahat edən məqam isə qondarma paytaxtlarının adının "Stepanakert" deyil, "Xankəndi" yazılması olub. Xəritəyə baxdıqda inzibati binaların "Tarix-Coğrafiya Muzeyi", "Xankəndi stadionu", "poçt", "dövlət universiteti" və s. kimi yazıldığını görmək olar.

Milli.Az

 

Şərh yaz:

4 Şərh:

  • Anonim
    Birisi · 24 May 23:1940

    Şükür ilahi bu günlərə

    Cavab yaz
  • Anonim
    anonim · 25 May 07:5420

    yazimizki Azerbaycan dilinde yaxsi baxin orda ermeni birinci sora Azerbaycan dilinde yazilib. Hetta bizde olan erazilerde ermeni sora Azerbaycan dilinde yazilib

    Cavab yaz
  • Anonim
    Anonim · 25 May 07:5620

    hemde hamisi Azerbaycan dilinde yoxdu bezi otel restoran ve kilselerdi muzelyerdi

    Cavab yaz
  • Anonim
    Qarabağ · 25 May 15:2700

    Girdim baxdım. Səhv xəbərdir. Hamısı erməni dilindədir. Sadəcə bizim dildə də adlar qeyd olunub.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics