Siyasət

Antiazərbaycan mövqeyilə tanınan erməni kinoprodüser həbs edildi

19 May 2022 07:35
0 Şərh     Baxış: 603

İrəvan məhkəməsi antiazərbaycan, eyni zamanda da rusiyayönümlü mövqeyə malik  bloger və prodüser Armen Qriqoryanın həbsi ilə bağlı qərar çıxarıb.

Bu barədə hüquq müdafiəçisi Ruben Melikyan məlumat verib. O bildirib ki, Qriqoryan 2 ay müddətinə həbs edilib.

Bundan əvvəl Milli Təhlükəsizlik Xidməti Qriqoryanın vətəndaşların milli ləyaqətini açıq şəkildə alçaltdığına görə saxlandığını bildirib.

Məlumata görə, Qriqoryan müsahibələrinin birində iki rayonun sakinlərinin milli ləyaqətini alçaldıb, onların milli mənsubiyyətini şübhə altına alıb. Artıq məhkəməyə Qriqoryanın həbsi ilə bağlı vəsatət verilib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.