Ermənistan bu dünyadan deyil? - Qərb kar və kor oldu...
"Çox təəssüflər olsun ki, beynəlxalq münasibətlər sistemində ikili standartlar hələ də davam edir".
Bunu Milli.Az-a açıqlamasında politoloq Şəbnəm Həsənova deyib.

O bildirib ki, Ermənistanda müxalifətinin itaətsizlik aksiyası zamanı baş verənlər göz önündə olduğu qədər, mitinq iştirakçılarına qarşı güc tətbiqi də aydın görünür:
"Ermənistanın 30 il ərzində davam edən işğal siyasətinə göz yuman dairələr bununla kifayətlənməyib, onun bütün illeqal əməlləri üçün cəzasızlıq mühiti formalaşdırdılar, işğalçı və dağıdıcını cəzalandırmaq əvəzinə qanunsuz əməllərinə geniş meydan yaratdılar.
Yaradılmış bu şərait də Ermənistanın əl-qolunu yığmaq əvəzinə, onun əl-qolunu açdı və buna hələ də davam edilir. İllərdir ki, beynəlxalq təşkilatların ümumi, dişsiz, ünvansız bəyanatlarından başqa əməli bir addımın, təzyiq vasitəsinin şahidi olmadıq.
Ermənistanda müxalifətinin itaətsizlik aksiyası zamanı baş verənlər göz önündə olduğu qədər, mitinq iştirakçılarına qarşı tətbiq edilən hərəkətlər də aydın görünür. Güc tətbiqi müxtəlif vasitələrlə ən qəddar formadadır. Bütün bunların fonunda sifarişlə çalışan beynəlxalq hüquq-müdafiə təşkilatlarının məsələyə lazımi reaksiya verməsinin şahidi olmadıq. Özlərini elə aparırlar ki, elə bil Ermənistanda heç bir hadisə baş vermir.
Azərbaycana gələndə isə ən xırda, məişət səviyyəsindəki məsələlər süni şəkildə şişirdilir. Bu qərəzlilik, ikili yanaşmadır. Səbəb isə Azərbaycanın qətiyyətli mövqeyini, uğurla həyata keçirdiyi işləri gözü götürməməkdir. Azərbaycanın qeyri-demokratik olduğu görüntüsünü yaratmaq istəyirlər.
Bütün bunlar Qərb, əsasən bu dövlətlərin maliyyə hesabına formalaşdırılan, ayaqda tutulan təşkilatlar tərəfindən həyata keçirilir. Necə həmin o dövlətlər hər hansı məsələyə öz maraqlarını təmin etmək üçün dərhal müdaxilə edirlərsə, bu cür məsələlərdə də obyektivlik prinsipi əsas tutularaq bir yanaşma ortaya qoyulmalıdır.
Azərbaycan xalqı nəyin necə olduğunu aydın bilir və dərk edir. Prezident İlham Əliyevin siyasətinin əsas məqsədi Qarabağı yenidən bərpa etmək, insanları öz ev-eşiklərinə yerləşdirməkdir. Bu və bütün məsələlərdə xalqımız Ali Baş Komandanın ətrafında sıx birləşib".
Təhməz Əsədov
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında “Qobustan” GES-in açılışında iştirakına dair paylaşım edilib - (Video)
-
Ermənistan rəhbərliyi anlamalıdır ki, siyasi oyunlar artıq keçərli olmayacaq - Sahil Kərimli
-
Dövlət büdcəsinin layihəsi Nazirlər Kabinetinə təqdim edildi
-
Prezident İlham Əliyev “Qobustan” Günəş Elektrik Stansiyasının açılışında iştirak edib - (Foto)
-
Prezident İlham Əliyev Bakıda keçirilən beynəlxalq elmi-praktik konfransın iştirakçılarına müraciət ünvanlayıb
-
Gürcüstan Azərbaycana yeni səfir təyin edib
XƏBƏR LENTİ
-
Tiktoker Əhdi və dostu sərbəst buraxıldı
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında “Qobustan” GES-in açılışında iştirakına dair paylaşım edilib - (Video)
-
ADMİU-nun I kurs tələbələrini aşağıladılar - Polis hərəkətə keçdi
-
Xalq artisti: "Burun əməliyyatı zamanı masada ölmüşəm" - (Video)
-
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
-
"Kurtlar Vadisi” ilə bağlı araşdırma başlandı
-
Demet Özdemir görünüşünü dəyişdirdi - (Foto)
-
Azərbaycan fərqli yol seçib - Kamaləddin Qafarov
-
Ter Şteqen barədə qərar verildi
-
Ermənistan rəhbərliyi anlamalıdır ki, siyasi oyunlar artıq keçərli olmayacaq - Sahil Kərimli
-
Azərbaycanda abort sayı doğuş sayına çatdı
-
Dövlət büdcəsinin layihəsi Nazirlər Kabinetinə təqdim edildi
-
Bakıda Formula 1 yarışı bu tarixdə keçiriləcək - Rəsmi
-
Azərbaycanda minlərlə abonentə təsir edəcək dəyişiklik - internet tarifləri artırılır
-
Trampın 7 milyard dollarlıq sərvətinin sirri - Pulları haradan gəlir?
-
Paşinyan mükafat almaq üçün Almaniyaya gedir
-
Sentyabrın 17-də hava belə olacaq - Proqnoz
-
Veteranlara şad xəbər - 400 manat...
-
Hakimlər Komitəsinin sədrindən etiraf: Penalti səhv imiş
-
Prezident İlham Əliyev “Qobustan” Günəş Elektrik Stansiyasının açılışında iştirak edib - (Foto)
-
Türkiyədə dönər və qiymə ilə bağlı yeni qaydalar qüvvəyə mindi
-
General-mayor Anton Qrunis öldü
-
Mbappe PSJ-yə pul ödəməli olacaq
-
Qara Qarayev tıxacda qalan uşaqla selfi çəkdi - (Video)





