Siyasi dialoq prosesləri çərçivəsində Prezident Administrasiyasında növbəti görüş keçirilib
Siyasi dialoq prosesləri çərçivəsində Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin siyasi partiya sədrləri ilə görüşləri artıq iki ildir davamlı şəkildə təşkil olunur. Növbəti görüş mayın 11-də Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə ilə keçirilib.
Bu barədə Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsindən bildiriblər.
Görüşdə şöbə müdiri Ədalət Vəliyev dünyada cərəyan edən geosiyasi proseslərin ölkədə siyasi həmrəylik mühitinin qorunmasını şərtləndirdiyini xüsusi vurğulayıb. "Bilavasitə milli maraqlara cavab verən məsələlərdə siyasi partiyalar ilə əməkdaşlıq ölkədə reallaşan siyasi dialoqun prioritet istiqamətlərindən biridir", - deyən Ədalət Vəliyev qeyd edib ki, Azərbaycana qarşı aparılan informasiya təxribatları ilə mübarizədə siyasi partiyaların bütün potensialları səfərbər olunmalıdır. 1992-ci ildə yaradılmış Azərbaycan Milli İstiqlal Partiyasının Avropa Xalq Partiyası da daxil olmaqla geniş beynəlxalq əməkdaşlıq əlaqələrinə malik olduğunu qeyd edən şöbə müdiri bildirib ki, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinin diqqətinə çatdırılmasında mövcud əlaqələrdən səmərəli şəkildə istifadə olunmalıdır.
Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə ölkəmizdə yeni siyasi konfiqurasiyanın formalaşmasını yüksək qiymətləndirib, bu prosesin demokratik dəyərlərin möhkəmləndirilməsi, siyasi mədəniyyətin yüksəlməsinə xüsusi dəstək olduğunu bildirib. O, ölkədə bütün siyasi qüvvələrin ümummilli məsələlərdə, dövlətçiliyin möhkəmlənməsində bir güc kimi olmasının vacibliyini qeyd edib.
Görüşdə digər məsələlərlə yanaşı, İkinci Qarabağ müharibəsində qazanılmış Qələbədən sonra regionda yaradılmış yeni reallıq mövzusu da geniş müzakirə olunub. Bildirilib ki, qazanılmış Qələbə və ölkənin müxtəlif iqtisadi təşəbbüsləri sayəsində Azərbaycanın dünya siyasi xəritəsində çəkisi əsaslı şəkildə artıb. Dayanıqlı inkişaf naminə iqtidar-müxalifət münasibətlərinin məhz konstruktiv əməkdaşlıq formatında inkişaf olunması üçün qarşılıqlı səylər artırılmalıdır. Bu cür əməkdaşlıq formatı əldə olunmuş uğurların qorunmasına xidmət edəcək və təhdid xarakterli müxtəlif təxribatların qarşısının alınmasına da töhfə verəcək.
Administrasiya rəsmisi Azərbaycan Milli İstiqlal Partiyasının ölkəmizdə həyata keçirilən iqtidar-müxalifət dialoqunda fəal iştirak etməsini, o cümlədən ümummilli məsələlərlə bağlı birgə bəyanatlara və müraciətlərə qoşulmasını, siyasi partiyaların birgə iclaslarında və azad olunmuş ərazilərə birgə səfərlərdə iştirakını, siyasi partiyalar haqqında qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı təkliflər verməsini, həmçinin Mərkəzi Seçki Komissiyasına maliyyə hesabatlarının vaxtında və tələb olunan qaydada təqdim etməsini yüksək qiymətləndirib və bu halların partiyanın imicinə müsbət təsir edən önəmli amillər olduğunu bildirib.
Söhbət zamanı Arzuxan Əlizadə rəhbərlik etdiyi partiyanın 30 illik yubileyi ilə əlaqədar müvafiq tədbirlərin keçirilməsinə hazırlaşdıqlarını qeyd edib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyev: TDT çox böyük beynəlxalq nüfuza malik təşkilatdır
-
Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edib - (Video/Foto)
-
Prezident İlham Əliyev: Qarabağ Zəfəri Zəngəzur dəhlizinin reallaşmasına zəmin yaratdı
-
Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin V Toplantısının iştirakçılarına müraciət ünvanlayıb
-
Qarabağda və Azərbaycanın digər bölgələrində Qafqaz Albaniyasının xristian irsinin izləri var - Hikmət Hacıyev
-
Ermənistan məhkəməsi TRIPP üzrə sazişi təsdiqlədi
XƏBƏR LENTİ
-
Prezident İlham Əliyev: TDT çox böyük beynəlxalq nüfuza malik təşkilatdır
-
Azərbaycanda hava dəyişir - Leysan, dolu... - Proqnoz
-
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Şamaxı rayonuna səfər ediblər
-
8 ayda 35 mindən çox şəxsə əlillik verilib
-
Rusiya ordusunun itkiləri 1,5 milyonu keçdi
-
Pensiyaçılar da daxil olmaqla bu şəxslərin tibbi xidməti DİN-ə həvalə edildi
-
Azad edilmiş ərazilərdə 4 məscid, 7 türbə və 13 məbəddə iş aparılıb - Səadət Yusifova
-
Məhkəmə anasına qarşı sərt davranan övladı miras payından məhrum etdi
-
Aktöbəyə ilk reys uğurla həyata keçirilib - (Foto)
-
Bakıda GES və Batareya Enerji Saxlanc Sistemi tikiləcək
-
Bu şəxslər universitet bitirsə də, 18 ay xidmət edəcək
-
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb
-
Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edib - (Video/Foto)
-
"Kurtlar vadisi"nin məşhur aktyoru yeni serialda - (Foto)
-
Azərbaycanın UNESCO irsi və xalçaçılıq sənəti Peruda belə tanıdılır - (Foto)
-
Azərbaycanda bəzi məhsullar dövriyyədən çıxarılacaq
-
İşsiz şəxslərin diqqətinə: 478 manat...
-
“Həzi Aslanov” metrosunda yenilik - İşlər nə vaxt bitəcək?
-
“Ziraat Bank Azərbaycan” enerji effektivliyi layihələri üçün güzəştli maliyyələşməyə başlayıb!
-
"Çirkin"in yayım tarixi bəlli oldu
-
Su quyusuna yıxılan qadın öldü
-
Prezident İlham Əliyev: Qarabağ Zəfəri Zəngəzur dəhlizinin reallaşmasına zəmin yaratdı
-
Tarixi-dini abidələrin vahid məlumat bazası yaradıla bilər - Ramin Məmmədov
-
Azərbaycanda doğulanların sayı azalıb





