Müstəqil Azərbaycan dövlətinin quruculuğundakı bütün uğurların əsasında Heydər Əliyev dayanır - Nailə Vəlixanlı
Müstəqil Azərbaycan dövlətinin quruculuğundakı bütün uğurların əsasında böyük lider Heydər Əliyevin daxili və xarici siyasəti dayanır.
Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının Milli Tarix Muzeyinin baş direktoru, akademik Nailə Vəlixanlı deyib.
"Müasir Azərbaycanın tarixi ümummilli lider Heydər Əliyevin adı ilə sıx bağlıdır. Müasir dövrün görkəmli, müdrik siyasi xadimi Heydər Əliyevin irsi gələcək nəsillər üçün ən böyük məktəbdir. Biz gələcək nəsillərdə bizə irs qalmış maddi-mənəvi dəyərlərə görə məsuliyyət hissi aşılamalıyıq. Bu baxımdan, böyük azərbaycanlı, müasir Azərbaycan dövlətinin qurucusu, ölkəmizin tarixində görkəmli şəxsiyyət olan Heydər Əliyevin mövqeyini bilmək vacibdir. Ulu öndərin fəaliyyətinə onlarla araşdırma həsr olunsa da, hər bir yeni iş Heydər Əliyevin sözlərinin həqiqiliyini təsdiq edir - "Mənim üçün xalqım, Vətənim, torpağım hər şeydən əzizdir". Ümummilli liderin nəhəng fəaliyyəti sayəsində ölkəmiz hərtərfli inkişaf yoluna qədəm qoydu. Heydər Əliyev tarix yazmış böyük şəxsiyyətdir", - N.Vəlixanlı deyib.
O vurğulayıb ki, Heydər Əliyev müasir Azərbaycanın memarıdır.
"Heydər Əliyevin 1993-cü ildə Azərbaycanda rəhbərliyə qayıtması dövlətçiliyin salnaməsidir. İctimai-siyasi, sosial, iqtisadi və digər sahələrdə qırılmalar baş verdi, böyük xilasa doğru vacib addım atıldı. Heydər Əliyev bütün siyasi və diplomatik qüvvələri səfərbər edərək ölkə üçün vacib atəşkəs rejiminə nail oldu. Heydər Əliyevin siyasətinin əsas məqsədi güclü dövlətin yaradılması idi. Böyük liderin müdrik və uzaqgörən siyasəti nəticəsində Azərbaycan tez bir zamanda ictimai-siyasi sabitlik, hüquq dövləti oldu. Siyasət, iqtisadiyyat, ictimai həyat, elm, mədəniyyət - elə bir sahə yoxdur ki, Heydər Əliyevin başlatdığı dəyişikliklər ora toxunmasın", - deyə bildirib.
N.Vəlixanlı əlavə edib ki, Heydər Əliyev həmişə Azərbaycan mədəniyyətinin, incəsənətinin, mədəni-tarixi irsinin öyrənilməsi və təbliğinə xüsusi diqqət ayırıb.
"Heydər Əliyev ölkənin elmi potensialının möhkəməndirilməsi, orta və ali təhsil sistemi səviyyəsinin artırılmasını milli inkişaf strategiyasının başlıca tərkib hissələrindən hesab edirdi və haqlı olaraq bu istiqamətə yönəldirdi. 1993-cü ilin iyununda xalqın tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra Heydər Əliyev milli dövlətçiliyin qorunması ilə yanaşı, Azərbaycan elminin inkişaf strategiyası üzərində işləməyi vacib hesab edirdi. Heydər Əliyev Azərbaycanda bu gün də davam edən elmi siyasətin əsasını qoyub. Ümummilli liderin 1997-ci il yanvarın 31-də Akademiyanın bir qrup aparıcı alimi ilə tarixi görüşündən sonra Azərbaycan elminin inkişafında yeni mərhələ başladı. Heydər Əliyevin tariximizi obyektiv təhlil etmək, gələcək nəsillərə çatdırmaq çağırışına azərbaycanlı tarixçilər praktiki işlə cavab verdilər. Xalqımızın çoxəsirlik zəngin tarixini, mədəniyyətini yüksək qiymətləndirən Heydər Əliyev həmin dövrün fundamental işlərinin əhəmiyyətini qiymətləndirdi, ölkənin tarixini yazan araşdırmaçılara daha konkret və prinsipial istiqamət verdi. Heydər Əliyev həm də muzey işinə xüsusi diqqət ayırırdı. Onun irəli sürdüyü təşəbbüslər ölkəmizdə muzeylərin inkişafına, onların maddi-texniki bazasının möhkəmlənməsinə və şəbəkənin genişlənməsinə yol açdı. Bu gün milli mədəni irsin qorunması və təbliği siyasətini ümummilli liderin layiqli davamçısı olan Prezident İlham Əliyev davam etdirir", - N.Vəlixanlı deyib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Pakistan XİN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
-
Ceyhun Bayramov ABŞ-a getdi
-
Dövlət Suverenliyi Günü milli birliyin rəmzidir - Kamaləddin Qafarov
-
İsrail səfirliyi Azərbaycanı Suverenlik Günü münasibətilə təbrik edib
-
Ərazi bütövlüyünün bərpasının rəmzi: Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü
-
Dövlət suverenliyinin bərpası regionda yeni siyasi reallıq yaradıb - XİN
XƏBƏR LENTİ
-
Şimali Koreya Yapon dənizi istiqamətində naməlum mərmi buraxıb
-
Kobaxidze BMT Baş Assambleyasında iştirak edəcək
-
Ayın 21-də şimşək çaxacaq, leysan yağacaq - Proqnoz
-
Yəməndə son döyüşlərdə husilərin 73 üzvü öldürülüb
-
Tarixi missiya uğurla yerinə yetirildi - DİN - (Video)
-
Tbilisidəki kütləvi zəhərlənmənin səbəbi məlum oldu
-
Pakistan XİN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
-
Rafinya “Barselona” tarixində yeni rekorda imza atdı
-
Hava ilə bağlı son məlumat
-
Ceyhun Bayramov ABŞ-a getdi
-
Dövlət Suverenliyi Günü milli birliyin rəmzidir - Kamaləddin Qafarov
-
İsrail səfirliyi Azərbaycanı Suverenlik Günü münasibətilə təbrik edib
-
Rusiyanın itkiləri açıqlandı
-
Aras Bulut İynemlinin narkotik istintaqında verdiyi ifadə üzə çıxdı
-
Kartof və makaron yeyənlərin nəzərinə: Təhlükəlidir
-
İran danışıqlara başlamaq üçün şərtlər irəli sürdü
-
Meysəridə festival axşamı: səhnədə sevilən ifaçılar - (Video/Foto)
-
Misli Premyer Liqasında 6-cı tura bu gün yekun vurulur
-
ABŞ-də dizel yanacağının orta qiyməti rekord həddə çatıb
-
Ərazi bütövlüyünün bərpasının rəmzi: Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü
-
Dövlət suverenliyinin bərpası regionda yeni siyasi reallıq yaradıb - XİN
-
Telefonu uşağın əlindən almağın ən doğru yolu - ekspert açıqladı
-
Eşidənlər gecələr tualetə duz tökməyə başlayıb
-
Eynəkləri, damcıları kənara qoyun: Qədim Tibet rahiblərinin "qartal gözü" bəxş edən 3 dəqiqəlik ritualı





