Siyasət

Rusiya və Belarusun tennis federasiyaları ITF-yə üzvlükdən məhrum edilib

7 May 2022 08:19
0 Şərh     Baxış: 691

Rusiya və Belarusun tennis federasiyaları Beynəlxalq Tennis Federasiyasından (ITF) xaric edilib.

Milli.Az "Report"a istinadən bildirir ki, bu məsələni Ukrayna Tennis Federasiyası ITF-nin cümə günü keçirilən fövqəladə konfransında qaldırıb.

"Bu gün (dünən-red) Beynəlxalq Tennis Federasiyasının növbədənkənar konfransı keçirilib. Müzakirə edilən əsas məsələ direktorlar şurasının Rusiya Tennis Federasiyası və Belarus Tennis Federasiyasının üzvlüyünün dayandırılması və bu ölkələrin milli komandalarının diskvalifikasiyası barədə qərarının ratifikasiyası olub", - məlumatda deyilir.

Bildirilir ki, gizli səsvermə nəticəsində konfrans nümayəndələrinin 80 %-i Rusiya və Belarus tennis federasiyalarının ITF-dən çıxarılmasını dəstəkləyib.

"Beləliklə, nəhayət Rusiya və Belarus tennis federasiyalarının fəaliyyəti dayandırılıb. Fərdi idmançıların yarışdan kənarlaşdırılması məsələsi gələcəkdə müzakirə olunacaq", - Ukrayna Tennis Federasiyasından bildirilib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.