Siyasət

"Ukraynanın istənilən cavabı haqlıdır" - Podolyak

16 Aprel 2022 08:32
0 Şərh     Baxış: 814

Ukraynanın Rusiyaya cavab olaraq istənilən hərəkəti tamamilə düzgündür.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə Ukrayna Prezidenti Ofisinin rəhbərinin müşaviri Mixaylo Podolyak tviter hesabında bildirib.

"Məhz Rusiya xarici ərazidə səbəbsiz müharibəyə başladı. Mülki əhalinin kütləvi şəkildə qəsdən öldürülməsi və mülki infrastrukturun geniş miqyasda məhv edilməsi ilə. Ona görə də Ukraynanın cavab olaraq istənilən hərəkəti həm mənəvi, həm də hüquqi baxımdan tamamilə haqlıdır", - Podolyak yazıb.

Qeyd edilir ki, Ukrayna Silahlı Qüvvələri müharibə başlayandan 20 min hərbçi və minlərlə hərbi texnika zərərsizləşdirib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.