Siyasət

Ukraynadakı müharibə qlobal ərzaq qıtlığı yarada bilər

12 Aprel 2022 08:38
0 Şərh     Baxış: 1 009

Ukraynadakı hazırkı münaqişə dünyanın ərzaq təhlükəsinə səbəb ola bilər.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə ABŞ-ın dövlət katibi Entoni Blinken deyib. Vaşinqtonda ABŞ və Hindistanın müdafiə və xarici işlər nazirliklərinin rəhbərləri arasında "2+2" formatında ikitərəfli danışıqların yekunları üzrə mətbuat konfransında bildirilib ki, iki ölkə dünya bazarında ərzaq tədarükünü artırmağa çalışır.

ABŞ diplomatiyasının rəhbəri ölkəsinin Ukrayna hökumətinə və xalqına dəstəyini artırmağa davam edəcəyini və digər ölkələri də eyni addımı atmağa təşviq edəcəyini bildirib.

"Rusiyanın hərəkətləri təkcə Avropa və Ukraynaya deyil, bütün dünyaya ciddi təsir göstərir. Məsələn, onlar ərzaq təhlükəsizliyinə və qiymətlərin artmasına səbəb olur", - deyə Blinken bildirib.
Onun sözlərinə görə, hazırda döyüşlər Ukraynadan taxıl tədarükünə maneə yaradır.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.