Siyasət

ABŞ Rusiyaya qarşı sanksiyaları genişləndirir

24 Mart 2022 19:54
0 Şərh     Baxış: 656

ABŞ Rusiyanın Dövlət Duması, onun 328 deputatı və "Sberbank"ın rəhbəri German Qrefə qarşı sanksiyalar tətbiq edib.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin yaydığı bəyanatda deyilir.

Maliyyə Nazirliyi hesab edir ki, deputatlar qondarma Donetsk və Luqanskın müstəqilliyini tanımaqla Ukraynanın suverenliyini, ərazi bütövlüyünü pozmağa yönəlmiş hərəkətləri dəstəkləyiblər.

O cümlədən, "Sovcombank"ın idarə heyətinin 17 üzvünə və Rusiya hərbi-sənaye kompleksinin 48 şirkətinə qarşı sanksiyalar tətbiq edilib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.