Ukraynanın Donbas vilayətindəki Mariupol şəhərində Rusiya qoşunlarının aviasiya və artilleriya zərbələri nəticəsində həlak olanların sayı 2187 nəfərə çatıb.
Milli.Az Ukrayna mediasına istinadən bildirir ki, şəhər şurasının açıqlamasına görə, son sutkada 22 bombardman olub. Şəhərə 100 aviabomba atılıb.
Yaşayış binaları, uşaq xəstəxanaları, məktəblər və uşaq bağçaları belə, hədəfə alınır.
400 min nəfər şəhərdə qalıb.
Milli.Az