Siyasət

Prezident Frank-Valter Ştaynmayeri təbrik etdi

15 Fevral 2022 16:19
Baxış: 713

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Almaniya Federativ Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməsi münasibətilə Frank-Valter Ştaynmayerə təbrik məktubu göndərib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, təbrik məktubunda dövlətimizin başçısı Almaniya Federativ Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməsi münasibətilə Frank-Valter Ştaynmayeri ürəkdən təbrik edib.

"Biz bu il Azərbaycan ilə Almaniya arasında diplomatik əlaqələrin qurulmasının otuz illiyini qeyd edəcəyik. Bu dövr ərzində ikitərəfli səviyyədə nail olduğumuz siyasi dialoq, bir sıra sahələrdə formalaşmış qarşılıqlı faydalı əməkdaşlıq ölkələrimizin maraqlarına və xalqlarımızın mənafelərinə xidmət edir.

İnanıram ki, dövlətlərarası münasibətlərimiz və səmərəli əməkdaşlığımız istər ikitərəfli qaydada, istərsə də Avropa İttifaqı çərçivəsində birgə səylərimizlə bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir", - deyə Prezident İlham Əliyev qeyd edib.

Sonda dövlətimizin başçısı Almaniya Prezidentinə möhkəm cansağlığı, xoşbəxtlik, məsul fəaliyyətində uğurlar diləyib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.