Siyasət

Azərbaycan artıq bütün təhlükələrə Türkiyə ilə birgə cavab verəcək - Generaldan açıqlama

2 Fevral 2022 15:12
Baxış: 1 744

"Hər zaman qeyd edirik: Ankaranın təhlükəsizliyi Bakıdan, Bakının təhlükəsizliyi Ankaradan keçər".

Bunu Milli.Az-a açıqlamasında Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, ordunun ehtiyatda olan generalı Yücel Karauz deyib.

Türkiyəli general bildirib ki, BMT-yə üzv olan təxminən 108 ölkədən heç bir iki ölkə arasında belə bir müqavilə yoxdur:

"Şuşa Bəyannaməsi Ukrayna və Qazaxıstandakı hadisələr dəyərləndirildiyi zaman əslində Azərbaycanın qabaqlayıcı siyasəti, uzaqgörənliyi və təhlükəsizliyini zəmanət altına almaq baxımından necə yerində, zamanında doğru hərəkət etdiyini göstərməsi nöqteyi nəzərdən çox önəmlidir. Təbii ki, Şuşa müqaviləsinin ruhunda Qars müqaviləsi var, Şuşa müqaviləsinin ruhunda 1918-ci ilin 15 may tarixində Gəncəyə gələn Nuri Paşa var, 15 sentyabr - Bakının azad edilməsi var, Çanaqqaladakı azərbaycanlıların ruhu var. 

Şuşa Bəyannaməsi əsasında müdafiə və təhlükəsizlik mənasında yaradılan ortaq təhlükəsizlik komissiyası təhdidlərin təsbiti, təhdidlərin ortadan qaldırılması ilə bağlı ortaq razılığa gəlmək baxımından çox kritik bir əhəmiyyət daşıyır. Dolayısı ilə, bu, istər iki ölkə öz arasında, istərsə də beynəlxalq arenada təhlükəyə qarşı görüləcək tədbirlərə ortaq bir qərar verəcəkləri deməkdir. 

Şuşa Bəyannaməsi hərbi müdafiə sənayesi mənasında Azərbaycanın Qarabağdakı qalıcı sabitliyin də zəmanətçilərindən biri olan Türkiyənin Ordu modelinə keçmək, ortaq kordinasiya, ortaq fəaliyyətlər, ortaq təsbit və təhsis sistemləri, ortaq təchizatı deməkdir. Bu da bir millət- iki dövlətdən "bir millət-tək dövlət"ə keçmək müddətinin nəticəsini birgə gətirmək yolunda olduqlarını göstərir. 

Bundan başqa, bu müqavilə sülhyönlü məqsəd daşıdığını, iki ölkənin gücünü birləşdirmək, bölgəyə töhfə verməklə yanaşı, iki ölkə də bundan soonra ona edilən təhdidin, hücumun, -  fiziki bir müdaxilə olmaya da bilər, - digər ölkənin də təhülkəsizliyinə təsir edəcəyini və onu da reaksiya verməyə məcbur qoyacağının bir ifadəsidir. Konkret desək, Azərbaycana və Türkiyəyə qarşı hər hansı bir müxtəlif cür pis niyyətli, məkirli istəyə düşən ölkələr, qüvvələr, diasporalar artıq iki dəfə düşünmək məcburiyyətindədirlər. 

Dünyada BMT-yə üzv olan təxminən 108 ölkədən heç bir iki ölkə arasında olmayan əməkdaşlıq strateji səviyyədən müttəfiqlik səviyyəsinə - az öncə də qeyd etdiyim kimi bir millət-bir dövlət səviyyəsinə, - qalxmış deməkdir. Eyni zamanda buradakı hərbi müdafiə sənayesinin ortaq fəaliyyətləri öncə sliahlı qüvvələrin ehtiyaclarını qarşılamağı və digər bazarlara satılması da birgə həyata keçiriləcəkdir. Bildiyimiz kimi Türkiyənin PUA-ları, rabitə vasitələri dünyaya nümunə, örnək olacaq bir sistemlərdir. Bunlar artıq Azərbaycan hərbi sənayesi ilə birgə istehsal olunacaq və bəlli bir plan daxilində birgə istifadə ediləcək. Bu da müdafiə və təhlükəsizlik mənasında Azərbaycanın fəaliyyətinə təsir edəcək bir amildir".

Təhməz Əsədov
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.