Separatçılara pasportlar paylanır: növbədə silah və sursatdır
Rusiya Federasiyasının Rostov vilayətinin qubernatoru Vasili Qolubevin dediyinə görə, Ukraynanın şərqindəki Donbas və Luqansk vilayətlərinin sakinlərinə Rusiyanın vətəndaşlıq pasportlarının verilməsi sürətlə davam edir.
Separatçı rejimlər tərəfindən idarə olunan qondarma "Luqansk Xalq Respublikası"nda və "Donbas Xalq Respublikası"nda indiyədək 720 min nəfər Rusiya pasportu alıb. Onların 365 min nəfəri Donbas sakinləridir.
Son statistik göstəricilərə görə, hazırda Donbasda 2, 227 milyon nəfər, Luqanskda isə 1,42 milyon nəfər yaşayır.
Beləliklə, rəsmi statistikaya görə, separatçı rejimlər tərəfindən idarə olunan bölgələrdə yaşayan 3,647 milyon nəfərdən 720 min nəfər artıq Rusiya vətəndaşlarıdır.
Rusiyanın tam dəstəklədiyi və faktiki olaraq idarə etdiyi bu separatçı bölgələrdə pasportlaşmanın sürətləndirilməsi üçün pasport masalarının açılması da nəzərdə tutulub.
Bu isə aşkar və kobud şəkildə Ukraynanın daxili işlərinə qarışmaq, suverenliyini pozmaq və separatçıları dəstəkləməkdir.
Beynəlxalq hüquqa görə, sadalanan əməllər yolverilməzdir.

Belə ki, Macarıstan bir müddət əvvəl Ukraynanın Karpatyanı bölgəsinin bir qrup sakinlərinə pasportları paylamağa başladığı üçün rəsmi Kiyev sərt etirazını bildirmişdi. Sonucda Macarıstanın Kiyevdəki konsulu persona non-qrata ("arzuolunmaz şəxs") elan edilərək ölkədən qovulmuşdu.
Fəqət, Karpatyanı bölgədən fərqli olaraq Luqansk və Donbasda Ukrayna vətəndaşlarına başqa ölkənin, konkret halda Rusiya Federasiyasının pasportlarının və vətəndaşlığının verilməsinə mane olmaq üçün rəsmi Kiyevin effektiv təsir rıçaqları yoxdur.
Separatçı rejimlər də öz "pasport"larını ləğv etməyə tələsmirlər. Donbas və Luqanskdakı xunta funksionerlərinin dediklərinə görə, yerli sakinlər ilk əvvəl "respublika", sonra isə Rusiya vətəndaşlarıdır.
Rusiyada iqtidarda olan "Vahid Rusiya" Partiyasının rəhbərliyi isə ölkə hakimiyyətinə müraciət edərək Donetsk və Luqansdakı rejimlərə rəsmi olaraq silah, sursat və hərbi texnika tədarükünə başlanmasını, bura rəsmi icazə verilməsini istəyib.
Belə ki, "Vahid Rusiya"nın Dövlət Dumasındakı fraksiyasının rəhbəri Vladimir Vasilyev separatçılara hərbi texnika və silah verilməsinə başlanması xahişi ilə videomüraciət yayıb. "Vahid Rusiya"nın Ali Şurasının katibi, Rusiya Federasiya Şurası sədrinin birinci müavini Andrey Turçak da "onlara silah verməliyik" deyib.

Rəsmi Kiyevsə bəyan edir ki, Rusiya de-fakto 2014-cü ildən Donbas və Luqanskdakı separatçı rejimlərə silah, sursat və hərbi teznika verir. Ukrayna Müdafiə Nazirliyi bildirib ki, separtçı rejimlərin silahlı birləşmələrindəki hərbi texnika və silahlar "ukraynalı hərbçilərdən götürülmüş qənimət" kimi təqdim edilsə də, yalandır: "Həmin texnika və silahlar bizdə olmadığından heç bir halda qənimət götürülə bilməz".
Rusiyada belə çağırışların səslənməsi, Donetsk və Luqanskda yerli sakinlərə RF pasportlarının paylanılaraq Rusiya vətəndaşlığının verilməsi Ukrayna sərhədlərindəki gərgin situasiya ilə bağlıdır. Rusiya bu bölgəyə artıq 160 min nəfərlik hərbi kontingent və texnika yığıb. Qərb isə Ukraynaya aktiv şəkildə silah verir.
.jpg)
Situasiyanın səbəbi Rusiyanın ABŞ və NATO ilə münasibətlərinin tarıma çəkilməsidir. Moskva Brüssellə Vaşinqtondan tələb edir ki, Ukrayna, habelə postsovet məkanındakı digər ölkələr NATO sıralarına qəbul edilməsin, həmin ölkələrdə NATO hərbçiləri olmasın. Üstəlik, Moskva tələb edib ki, postsovet məkanındakı dövlətlərin bundan sonra NATO-ya üzv qəbul edilməyəcəyi ilə bağlı Brüssel yazılı iltizam verməlidir.
Hazırda hər iki tərəf vəziyyəti gərginləşdirir. Donetsk və Luqanskda yerli sakinlərə Rusiya pasportlarının paylanması da Kiyevə növbəti təzyiq cəhdi olmaqla yanaşı, kollektiv Qərblə mümkün danışıqlarda əlavə kart-blanşdır.
Eyni zamanda, Qərbin Ukraynaya silah və sursat yollaması fonunda Rusiya separatçılara silah verilməsini simmetrik qərar kimi qələmə verə bilər.

Belə ki, bu ilin yanvar ayından bəri ABŞ, Britaniya, habelə Baltikyanı dövlətlər Ukraynaya silah verməyə başlayıblar.
Həmin silahlar arasında "M141 SMAW-D" və NLAW qumbaratanları, "Javelin" antitank kompleksləri var.
Orxan Hun
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb - (Video)
-
Zəfər xronikası. 4 oktyabr 2020-ci il: Birinci vitse-prezident Mehriban Əliyeva ordumuzun cəbhədə qazandığı qələbələrlə bağlı paylaşım edib - (Foto)
-
Zəfər xronikası. 4 oktyabr 2020-ci il: Prezident İlham Əliyevin “Əl-Ərəbiyə” televiziya kanalına müsahibəsi - (Video)
-
Zəfər xronikası. 4 oktyabr 2020-ci il: Prezident İlham Əliyev xalqa müraciət edib - (Video/Foto)
-
Zəfərin üç mərhələsi: Azərbaycanın yaratdığı yeni geosiyasi presedent
-
Tramp: İranın işləri yaxşı getmir
XƏBƏR LENTİ
-
“Bitcoin” 190 min dolları keçə bilər
-
Antibiotik qəbul edərkən şəkər istehlak etmək bağırsaq bakteriyalarına zərər verə bilər
-
Çuğundurlu kələm turşusu resepti
-
İkardidən "Qalatasaray"la bağlı sürpriz qərar
-
"Flydubai" pilotu hər şeyi etiraf etdi
-
Biləsuvarda 26 yaşlı kişi qətlə yetirildi - qohumu saxlanıldı - təfərrüat
-
Ermənistanın Bərdəni raket atəşinə tutmasından 6 il ötür
-
Günün qoroskopu: Ailə daxilində gərginlik yarana bilər
-
Studiyadakı şəxs robotlarla əlbəyaxa oldu - (Video)
-
Türkiyənin ən varlı aktyorları
-
Sabah Yasamalda işıq olmayacaq
-
Abşerondakı partlayış antiperspirantlara görə olubmuş - (Video)
-
Nikol Şerzingerin ayağı yaralansa da, çıxışını dayandırmadı - (Video)
-
İranın neft naziri istefa verdi
-
Salyanda ağır qəza - yaralılar var - (Video)
-
Bakıda iti binadan atan şəxs məsuliyyətə cəlb edildi
-
Türkiyədə 4-cü dəfə zəlzələ oldu - Yenilənib
-
Nemət Pənahov vəfat etdi - (Foto)
-
Şəhanəni qətlə yetirən 33 yaşlı Əsgər Vətən müharibəsi qazisi imiş - (Video)
-
“Gənc futbolçulara güvənməsək, harada oynayacaqlar?” - Ayxan Abbasov
-
Biləsuvarda minik avtomobili aşdı, yaralı var
-
“Bütün mübahisəli qərarlar Azərbaycanın xeyrinə verildi” - Yankauskas
-
Oktyabrın ən şanslı bürcü
-
Şakiranın Madrid konsertində Dua Lipa sürprizi - (Video)





