Baydenin Putinə cavabı və Qərb cəbhəsində baş verənlər - TƏHLİL
ABŞ Rusiyanın "təhlükəsizlik müqaviləsi" tələbinə yazılı cavab verib: detallar məlum deyil, lakin bunun rusların ürəyincə olmayacağı bəllidir. Blinken cavabda "müsbət məqamların" olduğunu desə də, NATO-nun "açıq qapı" prinsipindən əl çəkməyəcəyini vurğuladı. O cümlədən, cavabdan öncə NATO-nun Şərqi Avropaya əlavə qoşun göndərmək qərarı da bu versiyanı gücləndirir.
Şərqi Avropaya göndərilən qoşunun mümkün eskalasiyada Ukraynanın müdafiəsində rol alacağı şübhə doğurur. Bu qərarın başqa hədəfləri var:
- NATO Rusiya təhlükəsinə qarşı üzv ölkələrinin müdafiəsini artırır;
- ABŞ Rusiyanın Şərqi Avropadan çıxmaqla bağlı tələbinə yazılı cavabdan öncə praktiki addımla cavab verdi;
Milli.Az publika.az-a istinadən xəbər verir ki, Vaşinqtonun yazılı cavabı indi verməsinin isə iki mümkün səbəbi ola bilər:
1. ABŞ Rusiya ilə qarşıdurmada ilk nəticəni əldə edib;
Bayden Administrasiyasının ABŞ-ın liderlik etdiyi cəbhəni yenidən formalaşdırmaq üçün əvvəldən Ukraynadan istifadə etdiyi aydın görünürdü, hədəf xüsusilə Moskva və Pekinlə açıq yaxınlaşma xəttini tutan Avropanı əvvəlki siyasətə qaytarmaqdır. Və bunun üçün Rusiya təhlükəsi əsas vasitə olaraq seçilib. Burada Vaşinqtonla Moskvanın fərqli və ortaq maraqlarının olması ayrı mövzudur. Lakin NATO çərçivəsində qəbul edilən son qərarlar, Almaniyanın Ukraynaya tətbiq etdiyi silah embarqosunu az da olsa yumşaltması, Şərqi Avropaya göndərilən ittifaq ordusuna Fransanın da qoşulması və hər iki ölkənin Rusiyaya qarşı açıq bəyanatlar verməsi Vaşinqtonun strategiyasında ilk nəticə hesab edilə bilər.
Bu kontekstdə Fransa və Almaniya liderlərinin Berlin görüşü də diqqət çəkir. Makron və Şolz rus işğalına qarşı müttəfiqləri ilə (ABŞ və NATO) birgə hərəkət edəcəklərini açıqladılar.
2. Avropanın mövqeyi ABŞ-ı qane etmir və Vaşinqton gərginliyi yüksəldir;
Berlin görüşü Makronla Şolzun Baydenlə iki məqamda fikir ayrılığının qaldığını da təsdiqləyir.
Birincisi, danışıqlar formatıdır: Berlin və Paris "Normand formatı"nın bərpasını, Putinlə dialoqun aparılmasını istəyir; bu, ABŞ-ın prosesdən təcrid edilməsi və NATO daxilində parçalanma yaradan amildir;
İkincisi, enerji sektoruna qarşı sanksiyalardır: Almaniya və Fransa Rusiyaya qarşı sanksiylar paketinə enerji sektorunun daxil edilməsini istəmir: bu mövqe Avropanın digər ölkələri tərəfindən də dəstəklənir;
Bu vəziyyət Moskva qarşısında Vaşinqtonun əlini zəiflədir. Və çıxış strategiyası gərginliyin yüksəldilməsi ilə təhlükənin miqyasını artırmaq ola bilər. Təsadüfi deyil ki, Bayden Putinə yazılı cavabını Makronla Şolzun Berlin görüşündən dərhal sonra göndərdi: cavabda rusların tələblərinin qəbul edilməməsi qarşıdurmanı daha da genişləndirəcək və vəziyyətin kəskinləşməsi Parislə Berlini Moskvaya qarşı Vaşinqtonun cəbhəsində tam təmsil olunmağa məcbur edə bilər;
Vaşinqtonun istəyinə nail olması gözləntisi çoxdur, lakin Qərb cəbhəsinin birləşməsinin Ukraynanın Rusiya qarşısında müdafiəsini gücləndirəcəyi hələ də sual altındadır.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib - (Foto)
-
Prezident İlham Əliyevin dünya çempionu Əhməd Yusifovla səmimi söhbəti - (Foto)
-
Prezident İlham Əliyevin sosial media hesablarında cüdo üzrə dünya çempionatının açılış mərasimində iştirakına dair videoçarx paylaşılıb - (Video)
-
Ceyhun Bayramov və Marko Rubio Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə ediblər
-
Prezident İlham Əliyevin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb - (Video)
-
Deputat Sevil Mikayılova Aruşada IPU-nun İcraiyyə Komitəsinin iclasında iştirak edib - (Foto)
XƏBƏR LENTİ
-
Hidayət Heydərov dünya çempionatında növbəti qələbəsini qazandı
-
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə yeni direktor təyin edilib
-
Bakıya dayanmadan yağış yağacaq - Proqnoz
-
Ceyranbatanda toyda döyülən gənc xəstəxanada öldü
-
Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib - (Foto)
-
“Aqrar sahə haqqında” qanun layihəsi hazırlanıb
-
Keçmiş məhkumlardan 19 kiloqram narkotik aşkarlandı
-
Sosial müavinətlə bağlı yeni xəbər - 179 min nəfər...
-
Bakıda bu qəsəbəyə taksi gəlmir - Səbəb nədir?
-
Sabirabadda 17 yaşlı oğlan 14 yaşlı qızı qaçırdı
-
Ofeliya Sənani xəstəxanaya yerləşdirildi
-
“Bu, Amerika üçün böyük gün olacaq”
-
Sea Breeze ərazisində yeni texnologiyalarla təchiz olunmuş ilk çoxzallı CineMastercard kinoteatrı açılacaq (Foto)
-
Azad Bayramov vəfat etdi
-
"İnter"li Markus Turam: "Mən Leaoyam, "Qalatasaray"da oynayıram" - (Video)
-
Moskvaya PUA hücumu: 1 nəfər ölüb, 6 nəfər yaralanıb
-
Mağazadan alınan yumurtanın içindən cücə çıxdı
-
İstanbulda məktəbdə dəhşətli hadisə: 5 qız şagird bıçaqlandı
-
"“Flydubai” hadisəsinə görə İran məsuliyyət daşıyır"
-
Vüsalə Əlizadə verilişində yerinə aparıcılıq edənə "əsəbiləşdi": “Bunu tapmısınız? - (Video)
-
Allahşükür Paşazadənin 40 il əvvəlki görüntüləri yayıldı - (Video)
-
Medvedev diskvalifikasiya olundu - Bu hərəkətinə görə - (Video)
-
Pensiya artımında yenilik: Aşağı pensiya alanlar daha çox qazana bilər
-
Rusiyanın kəndləri boşalır: 20 milyon hektar torpaq istifadəsiz qalıb





