Azərbaycandan enerji təhlükəsizlik gücünü artırmaq yolunda VACİB ADDIM
"Strateji yol xəritəsində əsas nəzərdə tutulan önəmli mövzulardan biri də Azərbaycanın enerji təhlükəsizliyini təmin etməkdir. Çünki digər sahələrdə nəzərdə tutulan fəaliyyətlərin ardıcıl və stabil olaraq tətbiqi və eyni zamanda reallaşdırıılması birbaşa olaraq enerji təminatından asılıdır".
Bunu Milli.Az-a açıqlamasında iqtisad elmləri üzrə fəlsəfə doktoru Elmir Səfərli deyib.

İqtisadçı ekspert bildirib ki, sosial-iqtisadi və hərbi-siyasi stabillik birbaşa olaraq enerji resurslarının təminatından asılıdır:
"Son dönəmlər ard-arda müxtəlif regionlarda yeni açılan və bərpa olunan elektrik stansiyalarının müasir avadanlıqlarla təchiz olunaraq fəaliyyəti ölkə səviyyəsində vətəndaşların və eyni zamanda, sənayenin elektrik təchizatı istehlakını və ixrac potensialını gücləndirəcəkdir.
Bildiyiniz kimi Səudiyyə Ərəbistanın "ACWA Power" şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək 240 MVt gücündə "Xızı-Abşeron" külək elektrik stansiyasının təməl qoyma mərasimi keçirildi. Bu elektrik stansiyasının tikintisinin bir sıra müsbət nəticələri gözlənilir. İlkin olaraq qeyd etmək istəyirəm ki, bu stansiya tam xarici investisiyalı bir stansiya olaraq fəaliyyət göstərəcək. Bu isə mənə görə digər xarici investisiyaların Azərbaycana yatırımları üçün bir "qapı" rolunu oynayır.
İkinci olaraq düşünürəm ki, sosial-iqtisadi və hərbi-siyasi stabillik birbaşa olaraq enerji resurslarının təminatından asılıdır. Həm normal şəraitdə, həm fövqəladə hallar durumunda ölkə və region əhalisinin, vətəndaşların, eləcə də dövlət və iqtisadiyyatın müvafiq keyfiyyətli enerji ilə təminatı enerji strategiyasının tərkib hissəsi kimi realizə olunur. Azərbaycan elektrik enerjisi ixracatçısıdır və bu durumda istər yerli investisiyalı, istərsə də xarici investisiyalı elektrik stansiyalarının qurulması, eləcə də tikilməkdə olan digər rayonlardakı elektrik istehsalı müəssisələrinin gücü, müasir avadanlıqlarla təchiz olunması həm yerli istehlakın, həm də ixrac potensialının gücləndirilməsinə şərait yaradır.

Üçüncü olaraq, biz ölkə olaraq enerji təchizatı üçün yetəri qədər resursa sahib bir ölkəyik. Əgər hədəfimiz yerli resurslardan effektiv istifadəni və eyni zamanda enerji təhlükəsizlik gücümüzü artırmaqdırsa, bizim qarşımızda diqqət edəcəyimiz müəyyən öhdəliklər durur:
1) Enerji sektoruna xarici investisiyaların cəlbini əhəmiyyətli dərəcədə artırmalı və bu kapitalların düzgün və effektiv idarəolunmasını təmin etməliyik.
2) Enerji resurslarının istehsalına ayrılan investisiyalar və bu investisiyaları edən şirkətlər üçün müəyyən fundamental və qoruyucu hüquqi normativ baza yaradılmalı və fəaliyyətləri üçün müəyyən güzəştlər edilməlidir.
3) Enerji resurslarımızdan istifadə edərək istehsal potensialımızı dəyərləndirib ixrac məsələlərində diqqət yetilməli, enerji ticarəti üzrə uzun müddətli fəaliyyətlər planı hazırlanmalıdır".
Xatırladaq ki, dünən Səudiyyə Ərəbistanı Krallığının "ACWA Power" şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək 300 milyon dollar dəyərindəki 240 MVt gücündə "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının təməlqoyma mərasimi keçirilib.
Təhməz Əsədov
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
XİN-dən Bakının azad edilməsinin 108-ci ildönümü ilə bağlı paylaşım
-
İlham Əliyev 500 min dollarlıq mükafatının Qarabağ Dirçəliş Fonduna köçürülməsi ilə bağlı qərar qəbul edib
-
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin milli təhlükəsizlik müşavirini qəbul edib - (Foto/Video)
-
ABŞ-nin Azərbaycandakı səfirliyi: Cənubi Qafqazda sülh yeni imkanlar açır
-
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində "SABAH.city" ilə bağlı video paylaşılıb
-
Hakan Fidan Azərbaycana gəlir
XƏBƏR LENTİ
-
Hərbi çağırışdan boyun qaçıran 2 nəfər barədə cinayət işi başlandı
-
Çağla Boz barəsində qərar verildi
-
XİN-dən Bakının azad edilməsinin 108-ci ildönümü ilə bağlı paylaşım
-
Avtoxuliqanlıq edən sürücü həbs edildi
-
Azərbaycanın nefti 127 dollara yüksəldi
-
Birinci sinfə gedən şagirdlərin sayı açıqlandı
-
Serxio Ramos özünə yeni klub tapdı - İngiltərədə oynayacaq
-
Sentyabrın son günləri üçün 5 bürcə şad xəbər - Həyatları dəyişəcək
-
Xuraman Əlizadə canlı yayımda ağladı – (Video)
-
Qızıl və gümüş almaq istəyənlərin nəzərinə
-
Brent neftinin qiyməti 1,51% artdı
-
Dünya və Avropa çempionunun toyu oldu - (Video)
-
Qazın qiyməti ucuzlaşdı
-
Paytaxtın 14 küçəsində tıxac var
-
Bu gün Bakının bəzi ərazilərində işıq olmayacaq
-
Ronaldonun uğurunun sirri: Yüzdə 90-ımız bunu etmir
-
Temperatur kəskin şəkildə aşağı düşə bilər
-
Suraxanıda "Daş abidə"parkını söküblər? - (Video)
-
Payız gələn kimi niyə tez-tez xəstələnirsiniz? – 5 əsas səbəb
-
Krandakı ərpi necə təmizləmək olar?
-
Kayli Cenner malikanəsini 15 milyona satdı - (Foto)
-
Babasillə bağırsaq xərçəngini necə ayırd etməli?
-
Radiatoru tozdan təmizləməyin sadə yolu - Paket və fen
-
Ayşən Mehtiyeva atası və oğulları ilə fotolar paylaşdı





