Üç iri desant gəmi qruplaşması, tam yüklü...
Əvvəl Cenevrədə (ABŞ-Rusiya formatında), daha sonra Brüsseldə (NATO-Rusiya formatında) keçirilən Moskva-Qərb danışıqlarından heç bir nəticənin əldə edilməməsi, yaxud Qərbin Rusiyanın irəli sürdüyü ultimativ tələbləri rədd etməsi Ukraynaya gözlənilən hücum təhlükəsini daha da artırıb. Qərb mətbuatı yazır ki, Kreml hücum üçün sərt şaxtaların düşməsini gözləyir, çünki havaların nisbətən yumşaq keçməsi səbəbindən yer hələ donmayıb, bu da Donbass regionunda və Ukraynanın şərqində ağır hərbi texnika kalonlarının hərəkətini çətinləşdirərdi. Lakin qarşıdan sərt şaxtalar gəlir və ehtimal edilir ki, hücum üçün yanvarın sonları, fevralın əvvəlləri seçiləcək.

Ola bilsin Qazaxıstana yeridilən Rusiya hava-desant qoşunlarının tələsik geri çıxarılması da (ən azından qismən) Ukraynaya hücum planları ilə bağlıdır. Çünki KTMT kontingenti tərkibində Qazaxıstana yeridilən desant bölmələri Rusiya ordusunun əsas zərbə gücünü təşkil edir.
Milli.Az virtualaz.org-a istinadən bildirir ki, bu arada Şimal dənizindən Baltik dənizinə üç iri desant gəmi qruplaşmasının istiqamət aldığı məlum olub. Telegram-kanallarda yayılan məlumata görə, Baltik körfəzi sahillərində yaşayan sakinlər ötən gün hansısa yüklərlə tam yüklənmiş halda "Pyotr Morqunov", "Olenoqorskiy qornyak" və "Georgi Pobedenoses" desant gəmilərinin, habelə onları müşaiyət edən gəmilərin Kalininqrad vilayəti istiqamətində hərəkətini müşahidə ediblər. Rusiya hərbi-dəniz qüvvələrinin Şimal donanmasının eyni vaxtda üç iri desant gəmisinin Baltik dənizinə göndərilməsi Rusiya Müdafiə Nazirliyinin NATO-ya cavabı kimi dəyərləndirilir. Yaxud ola bilsin bu, Ukraynaya gözlənilən hücuma NATO-nun mümkün cavabını önləmək üçündür. Ehtimal edilir ki, gəmilər Kalininqrad vilayətində yerləşdirilmək üçün operativ-taktiki raketlər, tanklar və digər hərbi texnikanı daşıyır.

Ukraynalı hərbi ekspert Aleksandr Kovalenko isə bu ölkənin sərhədlərinə doğru cəmləşdirilməkdə olan,-hansı ki, 2022-ci ilin əvvəlindən bu proses daha da sürətlənib,-Rusiya hərbi texnikasının üzərindəki tanınma nişanlarının ağ boya ilə boyanmasına diqqəti cəlb edib.
Ekspert 2014-cü ildə Donbassda müharibə başlayanda da Rusiya texnikasının bu cür tanınma nişanları olmadan sərhədə cəmləşdirildiyi, oradan isə Donetsk və Luqansk vilayətlərinə yeridildiyini xatırladır. Tanınma işarələrinin boya ilə örtülməsi isə bu hərbi texnikanın Rusiyaya məxsus olduğunu pərdələmək üçündür.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycan Meksikanın ərazi bütövlüyümüzə qətiyyətli dəstəyini yüksək qiymətləndirir - Hikmət Hacıyev
-
Meksika Azərbaycanla investisiya və ticarət əlaqələrini genişləndirmək istəyir – Səfir
-
ABŞ səfirliyi terrorizmlə mübarizəyə verdiyi töhfəyə görə Azərbaycana təşəkkür edib
-
İzləmə və kiberhücumlar daha əlçatan olur: süni intellekt hansı rolu oynayır ?- Anthropic hesabatının TƏHLİLİ
-
Azərbaycan üçün Ermənistanla münaqişə başa çatıb - Hikmət Hacıyev
-
Qarabağ və Şərqi Zəngəzur əsl intibah dövrünü yaşayır - Hikmət Hacıyev
XƏBƏR LENTİ
-
“Brent” markalı neftin qiyməti ucuzlaşdı
-
Konqoda Ebola təhlükəsi: Yoluxanların sayı 7 000-i ötüb
-
"İran yaralanıb, amma ləyaqətini qoruyub saxlayır"
-
Bu ayda doğulanlar 105 ildən çox yaşayırlar
-
Ərini öldürüb basdırdığı yerə gül əkən qadına 12 il HƏBS CƏZASI
-
Təyyarə avtomobildən 626 dəfə təhlükəsizdir: müxtəlif nəqliyyat növləri risklərinin müqayisəsi
-
Səhər yorğun oyanırsınızsa, səbəb gecə etdiyiniz bu səhvdir
-
Ayın sonunda pulunuz qalmırsa, 5 səhvdən birini edirsiniz
-
Maşını gecə park edərkən bu səhvi etməyin
-
Evdə bu əşyanı saxlamaq pula qənaət etməyə kömək edir
-
Gecə oyanıb su içirsinizsə, səbəbi bu ola bilər
-
Balıq bişirəndə edilən əsas səhvlər
-
Sentyabrın ikinci yarısı bu bürclər üçün unudulmaz olacaq
-
Tanınmış iş adamı vəfat etdi
-
Şahzadə Diananın əfsanəvi "qisas donu" hərraca çıxarılır - (Foto)
-
Cem Yılmaz tədbirə əsa ilə gəldi - (Foto)
-
Sandra Ballak 4 il sonra ekranlara qayıdır - (Foto)
-
Dünyanın ən bahalı evləri - (Fotolar)
-
Əziz Yıldırım da saxlaya bilmədi - İsmail Kartal “Fənərbaxça”dan getdi
-
Dünyanın ən dar avtomobili hazırlandı - (Foto)
-
Xalçanın altına bir sikkə, cüzdana dəfnə yarpağı: sizi varlandıracaq
-
Milli Dram Teatrında 154-cü teatr mövsümünün təntənəli açılış mərasimi keçirilib - (Foto)
-
Dələduzluğa görə həbs olunan şirkət rəhbəri şəhid anasına pul “atıb”? – “Arvadı mənə dilənçi deyir” – Ülviyyə Abbasova KÖMƏK İSTƏYİR
-
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatıb - (Video/Foto/Yenilənib)





