“Atam Xankəndiyə gələndə Koçaryan-Sarkisyan onu ayaqüstə qarşılayıb, əl çalırdı”
"O ki qaldı, Ermənistan müxalifətinə, yəni, özünü müxalifət adlandıran Sarkisyan-Koçaryan cütlüyünə, əlbəttə, o insanlarda Azərbaycan xalqına qarşı o dərəcədə nifrət var ki, onlar öz çirkin əməllərindən əl çəkmək istəmirlər. Halbuki İkinci Qarabağ müharibəsi onların məğlubiyyəti idi. Çünki biz onların ordusunu məhv etmişik".
Bunu Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində deyib.
"Paşinyan iki ildə nə ordu yarada bilərdi, nə ordu dağıda bilərdi. Bu, Koçaryan-Sarkisyan ordusu idi ki, biz o ordunu məhv etmişik. Onların hər ikisi müharibə zamanı Xankəndiyə gəlmişdilər və orada guya müqavimət hərəkatına rəhbərlik etmək istəyirdilər.
Görəndə ki, artıq Azərbaycan Ordusu Şuşaya yaxınlaşır, oradan qorxaqcasına qaçmışdılar. Yəni, onlar fəraridirlər, onlar yalançı qəhrəmandırlar. Onlar ancaq dinc əhaliyə qarşı müharibə apara bilərdilər. Onların hər ikisi Xocalı qatilləridirlər.
Onlar elə bil ki, Siam əkizləridir. İkisi də partiya işində olublar, ikisi də Gevorkovun əlaltıları olublar, ikisinin də namizədliyi Bakıda, Mərkəzi Komitədə təsdiqlənib. Atam Xankəndiyə gələndə ikisi də onu orada ayaqüstə qarşılayıb əl çalırdılar.
Bunların Ermənistan-Azərbaycan, erməni-Azərbaycan xalqlarının dostluğu haqqında nə qədər çıxışları var. Yəni, onlar Azərbaycan çörəyini yeyib və çörəyi diziüstə olan nankorlardır. Birinci Qarabağ müharibəsində, sadəcə olaraq, özlərindən belə bir mif yaratmışdılar ki, guya bunlar müharibə qəhrəmanlarıdır. Mən dedim, onların sinələrində olan o dəmir-dümürlərin yeri zibil yeşiyidir.
Çünki İkinci Qarabağ müharibəsi onu göstərdi ki, kim kimdir. Birinci Qarabağ müharibəsində onlar dinc əhaliyə qarşı vuruşurdular, soyqırımı, qətliam törətmişdilər. O vaxt Azərbaycan ordusu müqavimət göstərmək iqtidarında deyildi. Amma bu dəfə biz onları diz çökdürdük və onlar öz miskin ömürlərinin sonuna qədər məğlubedilmiş fərarilər kimi yaşayacaqlar.
Əlbəttə ki, belə adamlar istənilən fürsətdən istifadə edib bizə zərbə vurmağa hər an hazır olan adamlardır. Amma onlar da bilməlidirlər, indiki hakimiyyət də bilməlidir və istənilən hakimiyyət bilməlidir ki, Ermənistan bizim qabağımızda heç vaxt dayana bilməz. Yenə də deyirəm, bizi heç nə dayandıra bilməz. Bizi dayandıran yeganə amil odur ki, biz müharibə istəmirik. Məhz buna görə dünən saat 21:30-da mən Müdafiə Nazirliyinə göstəriş verdim ki, atəşi dayandırın.
Mən bu göstərişi verməsəydim, bu gün də onların vəziyyəti daha ağır olacaqdı. Yəni, biz bir daha göstərdik ki, bizim səbrimizlə oynamasınlar. Ümid edirəm ki, bu cəhd, bu təxribat cəhdi sonuncu cəhd olacaq. Olmasa, yenə də nəticə eyni olacaq", - dövlət başçısı qeyd edib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Türkiyə səfirliyi Azərbaycanın Dövlət Suverenliyi Gününü təbrik edib
-
Pakistan XİN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
-
Ceyhun Bayramov ABŞ-a getdi
-
Dövlət Suverenliyi Günü milli birliyin rəmzidir - Kamaləddin Qafarov
-
İsrail səfirliyi Azərbaycanı Suverenlik Günü münasibətilə təbrik edib
-
Ərazi bütövlüyünün bərpasının rəmzi: Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü
XƏBƏR LENTİ
-
BDYPİ hava şəraiti ilə əlaqədar sürücülərə müraciət etdi
-
Üzüm və Şərab Festivalının ikinci günü başlayıb - (Video)
-
Türkiyə səfirliyi Azərbaycanın Dövlət Suverenliyi Gününü təbrik edib
-
İlk “Milli Geyimlər Günü” festivalı çərçivəsində Gülnarə Xəlilovanın kolleksiyası təqdim olunub - (Foto)
-
İran qonşu ölkələri hədələdi
-
Rusiyada ayı 2 nəfəri parçaladı
-
Ərdoğan BMT Baş Assambleyasında 16-cı dəfə çıxış edəcək
-
Şimali Koreya Yapon dənizi istiqamətində naməlum mərmi buraxıb
-
Kobaxidze BMT Baş Assambleyasında iştirak edəcək
-
Ayın 21-də şimşək çaxacaq, leysan yağacaq - Proqnoz
-
Yəməndə son döyüşlərdə husilərin 73 üzvü öldürülüb
-
Tarixi missiya uğurla yerinə yetirildi - DİN - (Video)
-
Tbilisidəki kütləvi zəhərlənmənin səbəbi məlum oldu
-
Pakistan XİN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
-
Rafinya “Barselona” tarixində yeni rekorda imza atdı
-
Hava ilə bağlı son məlumat
-
Ceyhun Bayramov ABŞ-a getdi
-
Dövlət Suverenliyi Günü milli birliyin rəmzidir - Kamaləddin Qafarov
-
İsrail səfirliyi Azərbaycanı Suverenlik Günü münasibətilə təbrik edib
-
Rusiyanın itkiləri açıqlandı
-
Aras Bulut İynemlinin narkotik istintaqında verdiyi ifadə üzə çıxdı
-
Kartof və makaron yeyənlərin nəzərinə: Təhlükəlidir
-
İran danışıqlara başlamaq üçün şərtlər irəli sürdü
-
Meysəridə festival axşamı: səhnədə sevilən ifaçılar - (Video/Foto)





