Ermənistanın yeni AĞASI uğrunda SAVAŞ
Fransada 2022-ci ilin aprelinə təyin edilmiş seçkilərlə əsas partiyalar prezident postuna namizədlərini seçməyə başlayıblar. Siyasi jurnalist Erik Zemmur da bu seçkilərdə "Reconquête" (Reconquest) adlı yeni yaratdığı hərəkatı ilə təbliğat-təşviqat kompaniyasına start verib. Lakin, diqqətlə nəzər yetirsək görərik ki, Erik istər sələflərindən, istərsə də hazırki rəqiblərindən seçki platforması ilə heç də ciddi şəkildə fərqlənmir.
Onun keçən ilin son ayında Ermənistana üçgünlük səfəri çərçivəsində etdiyi açıqlamalar, səsləndirdiyi bəyanatlar açıq şəkildə Zemmurun ksenofob və anti-immiqrant mövqeyini ortaya qoydu. Burada bir məqam xüsusi diqqət çəkdi: Zemmurun İrəvana fövqəladə səfəri onun namizədliyini rəsmi bəyan etməsindən sonra ilk xarici səfəri idi. Bununla da o, Fransadakı yarım milyonluq erməni lobbisinin dəstəyini seçkilər zamanı qutusunda hiss etmək istəyir. Lakin, o, çox yaxşı anlayır ki, bu dəstəyin müqabilində erməni lobbisinin müəyyən sifarişlərini də mütləq şəkildə yerinə yetirməlidir.
Erik belə sifarişini heç bu posta seçilməmiş, Ermənistana bir ay əvvəl ilk səfəri zamanı etdi. Fransalı yazıçı, jurnalist və prezidentliyə namizəd Erik Zemmur Ermənistana üçgünlük səfəri zamanı Türkiyə-Ermənistan sərhədində - Ağrı dağı fonunda foto çəkdirməsi azmış kimi onu rəsmi sosial şəbəkə hesabında paylaşaraq Türkiyəyə "meydan oxumaqdan" da çəkinmədi. Amma onu bilmir ki, gələcəyi varsa, görəcəyi də var.
1.jpg)
Zemmur paylaşımına "Burada, Türkiyə-Ermənistan sərhədində Ağrı dağı ilə üzbəüz dayanaraq demək istəyirəm ki, ermənilər əsrlər boyu müqavimət nümunəsi (? - red.) olublar" ifadələrinə yer verməklə türkü bir daha hayların düşməni elan etmiş olub ki, bu da erməni lobbisinin vəziyyəti gərgin saxlamaq, münasibətləri normallaşdırmamaq istiqamətində verdikləri növbəti sifarişlərin bir parçası idi. Fransalı yazarın tarixi bilərəkdən təhrif edərək erməni terrorizmini "müqavimət nümunəsi" kimi təqdim etməsi eyni zamanda Fransanın Türkiyəyə qarşı dövlət siyasətinin tərkib hissəsi təəssüratı yaradır. Eyni zamanda bu addım fransalı prezidentliyə namizədin onun bu posta yiyələnəcəyi təqdirdə də ölkəsində qatı anti-Türkiyə, anti-Azərbaycan, islamafobiya, irqi ayrı-seçkilik siyasətlərinə sadiq qalacağından xəbər verir.

Digər nöqteyi nəzərdən baxdıqda da bir daha buna əmin olmamaq mümkün deyil: 70 milyonluq Fransada cəmi 500 min erməni yaşayır və çox güman ki, onların uzaqbaşı üçdə birinə seçici vərəqəsi düşəcək. Bu rəqəm isə şübhəsiz ki, seçkiləri üçün həlledici deyil. Belə olduğu halda Fransa ermənilərinin tarixi vətəninə seçki təbliğatına gəlmək nə dərəcədə məntiqlidir? Belə aydın olur ki, Erik Zemmur Fransadakı seçkilərin qalib tərəfi olsa, Emmanuel Makronun Azərbaycan siyasətindən daha kəskin bir mövqe ilə qarşı-qarşıya qalacağıq. Amma 44 günlük müharibənin gedişi və ondan sonrakı rposeslər göstərir ki, regionda yeni reallıq yaradan Azərbaycanı bu cür gedişlər daha həyəcanlandırmır. Emmanuel Makron Cənubi Qafqazla bağlı siyasətində açıq ermənipərəstliyi, işğalçıya dəstəyi ilə nəyə nail oldu ki, Fransanın Cənubi Qafqazla bağlı yeni liderinin siyasətində də nail olsun?!

Emmanuel Makronun Qarabağ müharibəsində "qoruya bilmədiyi" erməni maraqlarını müdafiə etmək üçün qollarını çırmalayan Erik Zemmur erməni kartını digər rəqiblərindən daha aktiv istifadə etməyi düşünür. Doğrudur, Fransa prezidentliyinə namizəd Valeri Pekresin Qarabağa qanunsuz səfərindən fərqli olaraq Zemmur Xankəndinə gedə bilmədi. Sülhməramlılar tabe olduqları dövlətin maraqlarına xidmət edən, onun dəstəklədiyi Pekresin daha önə çıxması üçün Zemmurun Qarabağa qanunsuz səfərini əngəllədilər.
Lakin radikallığı ilə xanım rəqibini geridə qoyan Erik Zemmur erməni məsələsində də ən aşırı mövqe sərgiləyən namizəd olduğunu səsləndirdiyi bəyanatlarla bildirir. Proseslər göstərir ki, Ermənistan heç şübhəsiz ki, türkə düşmən kəsilmək, türkə savaş açmaq üçün ən unikal vasitədir. Görünən isə odur ki, bu variantdan bu zamana kimi sələflərinin istifadə etdiyi kimi, digər fransalı prezidentliyə namizdələr də yararlanmaq niyyətindədirlər. Ermənistan isə vassal olmağa, onun-bunun boyunduruğu altında yaşamaqdan, quldur, süni dövlət ideologiyasını yaşatmaqdan məmnundur və nə vaxtsa əlçəkəcək kimi görünmür.
Təhməz Əsədov
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
XİN-dən Bakının azad edilməsinin 108-ci ildönümü ilə bağlı paylaşım
-
İlham Əliyev 500 min dollarlıq mükafatının Qarabağ Dirçəliş Fonduna köçürülməsi ilə bağlı qərar qəbul edib
-
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin milli təhlükəsizlik müşavirini qəbul edib - (Foto/Video)
-
ABŞ-nin Azərbaycandakı səfirliyi: Cənubi Qafqazda sülh yeni imkanlar açır
-
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində "SABAH.city" ilə bağlı video paylaşılıb
-
Hakan Fidan Azərbaycana gəlir
XƏBƏR LENTİ
-
Yetkinlik yaşına çatmayanı cinayətə cəlb etmə necə müəyyən olunur?
-
"Maraz Ali" illər sonra ekranlara geri qayıdır
-
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı şəhid övladını ilk dərsə apardı - (Foto)
-
Koutinyo Neymarla komanda yoldaşı oldu
-
Nazir sinfə girdi, birincilərin reaksiyası diqqət çəkdi - (Video)
-
Hərbi çağırışdan boyun qaçıran 2 nəfər barədə cinayət işi başlandı
-
Çağla Boz barəsində qərar verildi
-
XİN-dən Bakının azad edilməsinin 108-ci ildönümü ilə bağlı paylaşım
-
Avtoxuliqanlıq edən sürücü həbs edildi
-
Azərbaycanın nefti 127 dollara yüksəldi
-
Birinci sinfə gedən şagirdlərin sayı açıqlandı
-
Serxio Ramos özünə yeni klub tapdı - İngiltərədə oynayacaq
-
Sentyabrın son günləri üçün 5 bürcə şad xəbər - Həyatları dəyişəcək
-
Xuraman Əlizadə canlı yayımda ağladı – (Video)
-
Qızıl və gümüş almaq istəyənlərin nəzərinə
-
Brent neftinin qiyməti 1,51% artdı
-
Dünya və Avropa çempionunun toyu oldu - (Video)
-
Qazın qiyməti ucuzlaşdı
-
Paytaxtın 14 küçəsində tıxac var
-
Bu gün Bakının bəzi ərazilərində işıq olmayacaq
-
Ronaldonun uğurunun sirri: Yüzdə 90-ımız bunu etmir
-
Temperatur kəskin şəkildə aşağı düşə bilər
-
Suraxanıda "Daş abidə"parkını söküblər? - (Video)
-
Payız gələn kimi niyə tez-tez xəstələnirsiniz? – 5 əsas səbəb





