Siyasət

Fransa prezidenti rəsmi "Facebook" hesabında Azərbaycan dilində paylaşım etdi - FOTO

16 Dekabr 2021 16:33
Baxış: 2 628

Xəbər verdiyimiz kimi, Fransa Prezidenti Emmanuel Makronun təşəbbüsü ilə dekabrın 15-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında qeyri-formal görüş keçirilib.

Milli.Az xəbər verir ki, Fransa Prezidenti öz rəsmi feysbuk hesabında Prezident İlham Əliyevlə təkbətək danışıqlarından foto paylaşaraq Azərbaycan dilində şərh verib.

"Biz davamlı sülh üçün həll yolları tapmalıyıq. Dünən axşam Prezident Əliyevlə, sonra da Baş nazir Paşinyanla birgə irəlilədik", - deyə o, paylaşımında qeyd edib.

Makron bunun ardınca görüşdən daha bir foto paylaşaraq Azərbaycan, fransız və erməni dilində "Ermənistan, Azərbaycan birlikdə!", - deyə şərh bildirib.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.