Siyasət

Azərbaycan 10 erməni hərbçini təhvil verdi, əvəzində mina xəritələrini aldı

4 Dekabr 2021 18:35
4 Şərh     Baxış: 2 502

Azərbaycan Respublikası humanizm prinsiplərini əsas tutaraq 4 dekabr 2021-ci il tarixdə 10 nəfər erməni əsilli hərbi qulluqçunu Ermənistan tərəfinə təhvil verib.

Milli.Az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti məlumat yayıb.

Təhvil verilmiş şəxslər 16 noyabr 2021-ci il tarixində Ermənistan silahli qüvvələri tərəfindən dövlət sərhədinin Kəlbəcər istiqamətində törədilən təxribatın qarşısı alınarkən saxlanılmışlar. Qeyd olunmalıdır ki, humanizm prinsiplərinə sadiq olan Azərbaycan Respublikası bir müddət öncə 26 noyabr 2021-ci il tarixində erməni əsilli bir mülki şəxsi və bir hərbi qulluqçunun Ermənistan tərəfinə təhvil verilməsini təmin etmişdir.

Eyni zamanda aparılmış danışıqlar nəticəsində Ermənistan tərəfi Azərbaycan Respublikasının işğaldan azad olunan digər ərazilərinin mina xəritələrini də Azərbaycan tərəfinə təqdim edib.
 
"Mina xəritələrinin əldə olunmasında göstərdiyi vasitəçilik missiyasına görə Rusiya Federasiyasının Müdafiə Nazirliyinə təşəkkürümüzü bildiririk", - məlumatda deyilir.

Milli.Az 

 

Şərh yaz:

4 Şərh:

  • Anonim
    Alimardan · 4 Dekabr 2021 19:0870

    Necə də aca aldanirig. Axı erməni bizə düzgün xəritə verməz, bunu keçən dəfədə görduk. Ö Özudəö

    Cavab yaz
  • Anonim
    Alimardan · 4 Dekabr 2021 19:1160

    Necədə asanlıqla bizi aldadırlar. Onlar heç özləri minaların dəgig yerini bilmirlər. Bizə isə düzgün xəritə verməzlər, bunu keçən dəfədə görduk

    Cavab yaz
  • Anonim
    Vətənpərvər · 4 Dekabr 2021 20:2141

    Əvvəlki mina xəritələrinin də nə dərəcədə "düzgün" olduğunu gördük.

    Cavab yaz
  • Anonim
    FİZULİ ŞİRVANLI · 4 Dekabr 2021 21:0460

    Qaytarın ki sabah yenə eyni səhvləri etsinlər, ölən kasıbın balasına olur, vallah utanc vericidi

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.