Fotosessiya

Polis jurnalisti döydü, sonra diri-diri yandırdı - FOTO

11 İyun 2015 11:09
0 Şərh     Baxış: 1 614
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hindus jurnalist Caqendra Sinqh apardığı təhqiqatlar, araşdırmalar və cəsarətli yazıları ilə tanınırdı. O, yaşadığı Uttar-Pradeş ştatındakı korrupsioner məmurların, mütəşəkkil cinayətkar qruplaşmaların liderlərinin, yalançı siyasətçilərin "baş bəlası" idi.

Milli.Az bildirir ki, Caqendra Sinqh  evində qətlə yetirilib. Qonşuların dediklərinə görə, polislər onun evinə soxulub Caqendranı vəhşicəsinə döyüblər, sonra da evə od vuraraq jurnalisti diri-diri yandırıblar.

Caqendra Sinqhin belə vəhşicəsinə öldürülməsinin səbəbi kimi onun Hindistanın Uttar-Pradeş ştatının daxili işlər naziri Səid Ram Purti Vermanın fəaliyyəti ilə bağlı hazırladığı jurnalist araşdırması göstərilir.

Sinqhin əldə etdiyi məlumatlar və informasiyalar nazir Vermanın külli miqdarda dövlət vəsaitini mənimsəyərək ştatda özünə "biznes imperiyası" yaratması ilə yanaşı, əxlaqsızlığını, yetkinlik yaşına çatmamış onlarla qıza təcavüz etdiyini göstərirdi.

Uttar-Pradeş ştatının hakimiyyət dairələri jurnalistin intihar etdiyini desələr də, böyük qalmaqal qopub və Hindistanın Daxili İşlər Nazirliyi faktla bağlı cinayət işi açaraq istintaqa başlayıb.

Mərhum jurnalistin kiçik oğlu Rahul Sinqh ev yananda qaçaraq qonşulara sığınıbmış. Onun dediyinə görə, atasını evə soxulan 5 polis döyüb, sonra da evi yandırıb.

Caqendra Sinqh Facebook-da "Shahjahanpur Samachar" niki ilə yazırdı və Uttar-Pradeşdəki qanunsuzluqlar, məmur özbaşınalığı, korrupsiya ilə bağlı araşdırmalarını bu səhifəsində də paylaşırdı,
O, may ayında Facebook-da paylaşdığı 3 statusunda nazir Vermanın cinayətlərindən bəhs etmişdi.
 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.