Fotosessiya

Apple yeniliklərini göstərdi - FOTO

9 İyun 2015 09:34
0 Şərh     Baxış: 2 726
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın Apple korporasiyası San-Fransisko şəhərində "The Apple Worldwide Developers Conference" (WWDC) konfransında yeniliklərini təqdim edib.

Milli.Az bildirir ki, konfransın başlıca yeniliyi iOS9 mobil platforması olub. Bu platformadakı dəyişikliklər sürətin artırılması, batareyadan işləmə müddətinin 3 saat çoxalması və "Proactive Assistant" vasitəsilə axtarışın yaxşılaşdırılmasıdır.

Apple-in vitse-prezidenti Kreyq Federiqinin dediyinə görə, "Proactive" faktiki olaraq "Siri"nin əlavəsi və "Google Now"nun rəqibidir.

Yeni funksiya smartfon sahibinin gün ərzindəki davranışını öyrənəcək, ona məsləhət bildiyi kontenti "gərəkli vaxt"da təklif edəcək.

Məsələn, smartfon sahibi həftədə 3 dəfə idman zalına gedirsə və bu zaman qulaqcıq taxaraq musiqiyə qulaq asırsa, "Proactive" onun üçün həmin zamanda məşq üçün enerjili musiqini səsləndirəcək.

Funksiya elektron poçt və başqa kateqoriyalardan tanınmayan telefon nömrələrini də tapıb çıxaracaq.

Digər yeniliklər arasında "Apple Maps" ictimai nəqliyyat marşrutları, yeni multimediya xəbər kontentli "News" əlavəsi, "Apple Pay" proqramının aktivləşməsi var. "Passbook" proqramının adı dəyişərək "Wallet" olub.

iPad-a eyni vaxtda bir neçə işi yerinə yetirmək imkanı verən funksiya əlavə olunub.

Ən başlıcası isə "ağıllı" axtarış, "Siri" ilə inteqrasiyası, pleylistlərin seçimi və 24 saatlıq "Beats One" radiosuna malik "Apple Music" musiqi servisi işə salınıb.

Servis payızda "Android"də də işə düşəcək. "Apple Music" pulludur və aylıq abunə haqqı 10 dollardır.

WWDC konfransında Apple-in soft üzrə baş vitse-prezidenti Kreyq Federqi Mac OS X-un yeni, "El Capitan" adlı variantını da təqdim edib.

Bu əməliyyat sistemində svayplarla işləmək mümkündür.

"El Capitan" əvvəlki versiyalarla müqayisədə 1,4 dəfə sürətlə işləyir, renderinqi 40 faiz yaxşılaşdırır.

"El Capitan" payızda tam "açıq" olacaq.

Orxan Hun

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.