Dünya

İsrail İranı vurdu - YENİLƏNİB - VİDEO - FOTO

19 Aprel 2024 08:02
Baxış: 7 465
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

------
08:02

İsrailin artıq 9 hədəfə PUA və raketlərlə zərbə endirdiyi açıqlandı.

* * *
 Hazırda olan vəziyyət:

İsrail İrana hücuma görə məsuliyyəti öz üzərinə götürmür.

İran ölkə daxilində hər hansı zərbələri inkar edir.

Yalnız ABŞ  İsrailin İrana hücumunu açıqlayır.

* * *

İran Milli Virtual Məkan Mərkəzinin sözçüsü Hossein Dalirian əlini dəmirdən tutub "X" hesabında yazıb: "Bu ana qədər sərhədlərdən İsfahana və ya ölkənin digər bölgələrinə heç bir hava hücumu olmayıb və onlar yalnız kvadrokopterləri uçurmaq üçün uğursuz və alçaldıcı cəhd ediblər və kvadrokopterlər də vurulub. Amerika mediasının xəbərləri həqiqətə uyğun deyil"

------
07:54

İran İslam İnqilabı Keşikçiləri Korpusu bəyan edib ki, İran İsrailin bütün nüvə obyektlərinin yerini müəyyənləşdirib və hər an Təl-Əvivin təcavüzü halında onları vurmağa hazırdır...

İran bir sıra şəhərlər üzərində uçuşları dayandırıb..

İranın hava məkanında ən azı 8 uçuş İsrailin mümkün zərbəsi ilə bağlı xəbərlər fonunda dəyişdirilib.

İranın İsfahanda nüvə obyekti var - İranın ən böyük nüvə tədqiqat mərkəzi olan Nüvə Texnologiyaları Mərkəzi.

İranın paytaxtı Tehran, eləcə də İsfahan və Şiraz şəhərləri üzərində uçuşlar qeyri-müəyyən müddətə təxirə salınıb.

SEPAH bütün bazalarında maksimum döyüş hazırlığı vəziyyəti elan edib.

ABŞ İsrailin İrana qarşı cavab zərbəsini dəstəkləməyib.

CNN və Fox News kimi ABŞ xəbər saytları İrana qarşı bu hücumda İsrailin ABŞ qüvvələri tərəfindən dəstək olmadığını bildirir.
Fox News daha sonra bildirir ki, İsrailin İrana hücumu "məhdud" şəkildə həyata keçirilib.

ABŞ rəsmisi CNN-ə bildirib ki, İsrail İranın daxilində bir zərbə endirib və bu, regionu daha da dərin münaqişəyə sürükləməklə təhdid edir. İranın hava hücumundan müdafiə vasitələri bir neçə əyalətdə aktivləşdirilib, dövlət xəbər agentliyi cümə günü bildirib.

İsfahanda baş verən partlayışlardan sonra Tehran, İsfahan, Şiraz və ölkənin qərb, şimal-qərb və cənub-qərb bölgələrinə bütün uçuşlar dayandırılıb.

İsrailli jurnalistin bu rejimin İranın 7 şəhərindəki nüvə obyektlərinə hücumu ilə bağlı iddiası: Tehran, Fərdo, Ərak, Natanz, Xarq adası, Buşehr və Bəndər Abbas..

Tehran hava limanında bütün uçuşlar ən azı İran vaxtı ilə saat 10:30-a qədər təxirə salınıb.

İran televiziyası: "Hava hücumundan müdafiə qüvvələri ölkənin mərkəzindəki İsfahan valiliyinin hava məkanında bir neçə kiçik, naməlum pilotsuz təyyarəni hədəfə alıb".

İSNA agentliyi: "Bəzi mənbələr ölkənin hava hücumundan müdafiə qüvvələri tərəfindən bir neçə kiçik quşun vurulduğunu bildirib.
Eşitilən atəş səsi kiçik quşlara qarşı hava hücumundan müdafiə ilə bağlı olub və ölkənin bəzi bölgələrində partlayış xəbəri yalandır.
İndiyədək İsfahan obyektlərində heç bir partlayış və yanğın qeydə alınmayıb və şərait sakit və normaldır".

İranın Tasnim xəbər agentliyi iddia edir ki, İranın İsfahandakı nüvə obyektləri tamamilə təhlükəsizdir.
Isfahanın 8-ci Şikari bazası asanlıqla və müqavimətsiz İsrailin hücumunun hədəfinə çevrildi və məhv edildi.

İsfahan hava limanı ətrafındakı ərazilərdə elektrik enerjisi kəsilib.

İsrail eyni vaxtda Təbrizin Sərdrud, Suriyanın əl Sueyda və İraqın Babil bölgəsindəki SEPAH bazalarını hədəfə alıb.

İsrailə məxsus iki Boeing 707 təyyarəsi hazırda Aralıq dənizi üzərində uçur, lakin onların harada olduğu məlum deyil.
Hər iki təyyarənin tavanı var və döyüş təyyarələri kimi digər təyyarələri yanacaqla doldurmağa qadirdir.

------
​07:43


İsrail ordusu İranda hərbi bazalara hücum edib.

Milli.Az xəbər verir ki, partlayışlar İsfəhan şəhərindəki aeroportda və İran Hərbi-Hava Qüvvələrinin 8-ci bazasında eşidilib. Dağıntılar və tələfat barədə hələ məlumat verilməyib.

İsraildə havadan təhlükə siqnalları eşidilir

------
07:19


İran İsrailin hücumuna məruz qalıb

İranda yerləşən obyekt İsrailin raket hücumuna məruz qalıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu barədə "ABC" telekanalı ABŞ rəsmisinə istinadən məlumat yayıb.

Aprelin 18-də ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) rəhbəri Uilyam Börns bildirib ki, İsrail İrana PUA və raketlərlə cavab verməyi nəzərdən keçirir.

Bundan öncə İran hakimiyyəti BMT-nin baş katibi Antonio Quterreşə ünvanladığı məktubda İslam Respublikasının İsraillə münaqişəni genişləndirmək istəmədiyini, lakin yəhudi dövlətinin təcavüzkarlıq nümayiş etdirdiyi təqdirdə daha güclü cavab verəcəyini bildirmişdi.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.