Mobil telefon

Huawei Apple-i ələ saldı - VİDEO

15 Sentyabr 2018 08:59
0 Şərh     Baxış: 1 272
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Apple şirkəti öz yen flaqman smartfon modellərini təqdim etdi. Şirkətin rəqibləri isə vaxt itirmədən həmin təqdimatda ciddi innovasiyaların olmadığını şirkətə hər üsulla bildirməyə can atırlar. Huawei şirkəti də geridə qalmayaraq Apple şirkətini qısa video ilə trollayıb. Həmin videoda Huawei gələn ay təqdim edəcəyi Mate 20 smartfon modelini anons edir. Bununla yanaşı şirkət sözün əsl mənasında yeni bir şeyi təqdim edəcəyinə söz verib. Dünən təqdim olunmuş iPhone XS modelləri keçən ilki iPhone X-in təkmilləşdirilmiş versiyalarıdır.

Milli.Az technote.az-a istinadən bildirir ki, yeni modellər xarici görünüşcə iPhone X-ə bənzəyirlər. Fərqlilik isə onların ölçülərində və texniki göstəricilərindədir. Baxmayaraq ki, Apple şirkəti bu cür inkişafı stabillik adlandırır, Huawei üçün bu, yerində saymaqdır. Şirkətin videosunda Huawei, yeni bir şeyin təqdim olunmaması ilə Apple şirkətinə təşəkkürünü bildirib və indi ilin ulduzu olmaq üçün Huawei bütün şanslara sahibdir. Beləliklə Huawei Mate 20 flaqman modelinin təqdimatını səbrsizliklə gözləyirik. Bəlkə həmin təqdimatda Huawei bizləri təəccübləndirə biləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.