Mobil telefon

Ucuz Nokia 2.1 satışa çıxarılıb

16 Avqust 2018 08:11
0 Şərh     Baxış: 1 348
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Nokia" brendi üzərində hüquqlara sahib "HMD Global" şirkəti Rusiyada "Nokia 2.1" smartfonunun satışına başlayıb. Model ötən ilki ucuz "Nokia 2" aparatını əvəz edəcək.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, bu aparat daha müasir texnoloji içlik, tutumlu akkumulyator və iki gün müddətində avtonom işləyən modeldir. Smartfon "HD" (720x1280 piksel) təsvir ölçülü 5,5 düymlük ekran, ön stereodinamiklər, 5 meqapiksellik ön və 8 meqapiksellik əsas kameralarla təchiz edilib.
 
Aparat dördnüvəli "Qualcomm Snapdragon 425" prosessoru, 1 QB-lıq əməli yaddaş və 8 QB-lıq daxili fləş yaddaşa ("microSD" formatlı kart vasitəsilə yaddaşı 128 QB-dək artırmaq mümkündür) malikdir. Akkumulyatorun tutumu 4000 milliamper/saat təşkil edir. Smartfon zəif smartfonlar üçün optimallaşdırılmış "Android Oreo" versiyasının idarəetməsi altında işləyir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.