Mobil telefon

İnstaqrama yeni funksiyalar gəldi

26 Aprel 2018 21:21
0 Şərh     Baxış: 1 361
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İnstaqram sosial şəbəkəsindəki "Hekayələr" bölməsində indi yuxarıdan sağ küncdə yerləşən xüsusi düymənin üzərinə sıxmaqla bölmədə qalereyaları dərc etmək olar.

Milli.Az ICTnews-a istinadən xəbər verir ki, funksiya 10-dək material dərc etməyə imkan verir.

İndiyədək sözügedən xidmət bir şəkil və ya video seçməyə və onları ayrı-ayrılıqda dərc etməyə imkan verirdi. İndi isə istifadəçilərin ixtiyarına daha sürətli və rahat üsul verilib. İstifadəçi materialların göstərilmə ardıcıllığını seçə, həmçinin hər birinə stiker və gif əlavə edə biləcək.

Hələ ki yeni funksiya yalnız "Android" istifadəçiləri üçün əlçatandır. Proqramçılar söz veriblər ki, yaxın iki həftədə digər platformaların istifadəçiləri də yeni funksiyadan yararlana biləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.