Mobil telefon

Oktyabrda ən çox bu smartfonlar satılıb

16 Dekabr 2017 08:55
0 Şərh     Baxış: 1 368
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Apple" şirkətinin "iPhone 8" və "iPhone 8 Plus" telefonları bu ilin oktyabr ayında smartfon satışlarının sayına görə liderlər olub. 

Milli.Az lent.az-a istinadən bildirir ki, "Counterpoint" şirkətinin mütəxəssisləri araşdırma bitdikdən sonra müəyyən ediblər ki, "iPhone 8" satışlarının sayına görə birinci yeri tutub. Bir ay ərzində 4,6 faiz bu model smartfon satılıb.
 
Onun ardınca ikinci sıranı 4 faiz satışla "iPhone 8 Plus" tutub. Üçüncü yerdə isə 2,4 faiz satışla Cənubi Koreya istehsalçısı "Samsung"un "Galaxy Note 8" modeli qərarlaşıb. 

Beləliklə, analitiklərin tanınmış "Apple" brendinin səkkizinci nəsil smartfonunun sadə dizayna görə satışlarının uğursuz olacağı ilə bağlı proqnozları özünü doğrultmayıb. Hazırda isə hər kəs bu günlərdə satışa çıxarılan yeni "iPhone X" modelini müzakirə edir. 

Analitiklər əmindirlər ki, ötən ay ərzində "iPhone 8 Plus" statistikada heç də geriləməyən "iPhone 8" smartfonlarından daha çox satılıb. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.