Mobil telefon

Huawei Honor V10 hazırlanıb

23 Noyabr 2017 08:31
0 Şərh     Baxış: 751
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çinin "TENAA" Telekommunikasiya Avadanlığının Sertifikatlaşdırılması Mərkəzinin saytında buraxılışa hazırlaşan və istehsalçı tərəfindən rəsmən təqdim edilməyən "Huawei Honor V10" smartfonunun fotoşəkilləri yayılıb.  
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, saytda smartfon "BND-AL00" markası ilə qeyd edilib. Sertifikatlaşdırma mərkəzinin məlumatları smartfonun bütün ön paneli əhatə edən dizayn, qoşa əsas kamera, arxa paneldə barmaq izi skanerinə malik metal korpusla təchiz ediləcəyini təsdiq edir.
 
Məlumata görə, "Huawei Honor V10" smartfonu "Full HD+" (2160 x 1080 piksel) təsvir ölçülü 5,99 düym diaqonallı ekrana, 16+20 meqapikselli əsas kamera və 13 meqapikselli ön kameraya malik olacaq. Aparat əsasını "Kirin 970" prosessoru, 6 giqabaytlıq operativ və 64 və ya 128 giqabaytlıq quraşdırılmış yaddaş təşkil edir. Akkumulyator tutumu 3750 milliamper/saata bərabər smartfon "Android 8.0 Oreo" əməliyyat sisteminin idarəetməsi ilə işləyir.
 
Təxmini qiyməti 450 dollar təşkil edəcək "Huawei Honor V10" smartfonunun nümayişi noyabrın 28-də Pekində planlaşdırılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.