Mobil telefon

Çindəki ehtiyat hissələrdən “iPhone” düzəldildi - VİDEO

18 Aprel 2017 08:59
6 Şərh     Baxış: 1 411
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"YouTube"dakı "Strange" kanalının müəllifi Skotti Allen Çinin Şençjen şəhərindəki elektronika bazarında əldə etdiyi detalların köməyi ilə "iPhone 6s" yığıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, videobloger həmin smartfonu sosial şəbəkədə nümayiş etdirib. Orijinal smartfonda olduğu kimi, əldəqayırma "iPhone 6s" smartfonu da 16 Gb yaddaşa malikdir.
 
Kadrlardan görünür ki, cihaz orijinaldan heç də pis alınmayıb və əla işləyir.
Lakin bütün ehtiyat hissələrini almaq üçün bloger təxminən 1000 dollar xərcləyib.
 
Qeyd edək ki, "iPhone 6s" smartfonu 2 il əvvəl təqdim edilib. Mütəxəssislərin qiymətləndirməsinə görə, onun ehtiyat hissələrinin ümumi dəyəri təxminən 234 dollar təşkil edir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.