Şəffaf smartfon göstərildi - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Yaponiyanın KDDI operatoru Tokioda keçirilmiş mətbuat tədbirində şəffaf korpus və Fx0 adlı smartfonunu nümayiş etdirib.
Milli.Az ICTnews-a istinadən bildirir ki, smartfonun dizaynı yaponiyalı məşhur dizayner Tokudzin Yesioko tərəfindən hazırlanıb. O, KDDI operatoru ilə uğurlu əməkdaşlıq təcrübəsinə malikdir. Fx0 konsepsiyası Mozilla əməliyyat sistemi tərtibatçısının əsaslandığı açıqlıq və şəffaflığı vurğulamaq üçün nəzərdə tutulub. Qurğunun istehsalçısı Koreyanın LG Electronics şirkətidir.
Fx0 smartfonu Firefox OS 2.0 əməliyyat sistemi ilə işləyir, amma cihazın əsas özəlliyi aparatın daxilində yerləşmiş elektronikanı görməyə imkan verən şəffaf korpusdur. Smartfonun detalları açıq-qəhvəyi və qızılı rəng çalarlarında rənglənib.
Fx0 smartfonunda ekranın ölçüsü 4,7 düym təşkil edir. Aparat 1,2 QHs takt tezlikli dördnüvəli Qualcomm MSM8926 Snapdragon 400 prosessoru, 1.5 QB əməli yaddaş, 16 QB daxili yaddaş (microSDXC yaddaş kartlarının köməyi ilə artırmaq mümkündür), 8 meqapiksellik əsas və 1,2 meqapiksellik ön kameralarla, 2370 milliamper/saat tutumunda batareya ilə təchiz edilib. NFC texnologiyası dəstəklənib. Mobil telefonun fiziki ölçüsü 139x70x10,5 mm, çəki 148 qramdır.
İstehsalçı bildirib ki, modelin avtonom iş vaxtı təxminən 17 saat, gözləmə vaxtı LTE şəbəkəsində 720 saat və ya 3G şəbəkəsində 820 saat təşkil edir.
2015-ci il yanvarın 6-da qurğunun kütləvi satışlarına başlamaq planlaşdırılır.
Cihazın qiyməti 50 min yena təşkil edəcək. Beləliklə, Fx0 smartfonu Firefox OS platforması ilə işləyən qurğular arasında ən bahalı aparat olacaq.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.




DİGƏR XƏBƏRLƏR
-
Telefonda iki Wi-Fi işarəsi nə deməkdir?
-
Ən güclü Android telefonlar
-
Telefonun yaddaşı dolubsa, şəkilləri silməzdən əvvəl bu 5 tətbiqi nəzərdən keçirin
-
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
-
Yeni “iPhone 18” bu qiymətə satılacaq - (Foto/Video)
-
“WhatsApp” bu telefonlarda artıq işləməyəcək
XƏBƏR LENTİ
-
Türkiyədə kibercinayətkarlığa görə 137 nəfər həbs edilib
-
Vahid geyim forması məktəblərdə uğurla tətbiq olunur - 247 nömrəli məktəbdən reportaj - (Video/Foto)
-
Azərbaycanın Birinci xanımı Mehriban Əliyeva və Kambocanın Birinci xanımı Piç Çanmoni görüşüblər - (Video)
-
İctimai qaydanın kobud şəkildə pozulması ilə bağlı 37 nəfər məsuliyyətə cəlb olunub
-
Noyabrda hansı ərzaqlar bahalaşacaq, hansılar ucuzlaşacaq? - Siyahı
-
Müəllimlər geyim qaydaları ilə bağlı qərarı dəstəkləyirlər
-
Nisyə mal satanların diqqətinə: Məlumatlar 90 faiz uyğun gəlməsə...
-
Ayın 13-də yağış yağacaq - Proqnoz
-
ASCO-nun quru yük daşımaları bir ildə 39 % artıb
-
Azərbaycanda futbolçu ölü tapıldı
-
Prezident İlham Əliyev: Azərbaycan Asiya ilə Avropa arasında yerləşən ölkə kimi bağlantılarda öz rolunu oynayır
-
Səfərbərlik Xidmətinin 121 əməkdaşı barəsində araşdırmalar aparılıb
-
Prezident İlham Əliyev: Kamboca ilə siyasi münasibətlərimiz güclüdür
-
Prezident İlham Əliyev: Kamboca ilə beynəlxalq təşkilatlarda çox sıx əməkdaşlıq edirik
-
Prezident İlham Əliyev: Azərbaycan və Kamboca ikitərəfli ticarətin inkişafına yönəlmiş işçi qrupu yaratmaq barədə razılığa gəliblər
-
“Məktəb və universitetlər radikal çağırışların meydanına çevrilməməlidir”
-
Eda Ece: “Öpüşmə səhnələrinə çəkilmirəm, dekolteli geyinmirəm” - (Video)
-
Prezident İlham Əliyev: Azərbaycan və Kamboca əlaqələri intensivləşdirmək barədə razılığa gəliblər
-
Prezident İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış ediblər - (Foto)
-
Prezident İlham Əliyevin iştirakı ilə Azərbaycan-Kamboca sənədləri mübadilə olunub - (Foto)
-
Mərkəzi Bankdan kreditlə bağlı qərar: Bu şəxslər zamin ola bilməyəcək
-
Azərbaycanda kimlər 4 min manatdan çox maaş alır?
-
Prezident İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü olub - (Video/Foto)
-
Prezident İlham Əliyev: Türk xalqlarının ortaq mədəni irsinin qorunması birgə fəaliyyətimizin aparıcı istiqamətlərindən olmalıdır





