Milli.Az ICTnews-a istinadən bildirir ki, LG nümayəndəsinə istinadən The Korea Times nəşri yazır ki, şirkətin bu smartfonu satış həcmi 10 milyonu ötəcək ilk cihaz olacaq. Amma şirkət bu tapşırığın yerinə yetiriləcəyi dəqiq tarixi açıqlamayıb.
IDC analitiklərinin qiymətləndirməsinə görə, 2014-cü ilin ikinci rübündə qlobal smartfon bazarında LG şirkətinin payı 4,9% təşkil edib ki, bu da Samsungun göstəricisindən beş dəfə azdır. Appleın bazar payı 11,9%, Huawei şirkətində isə 6,9% təşkil edir.
Milli.Az