Mobil telefon

iPhone-u robotlar yığacaq?

8 İyul 2014 22:36
0 Şərh     Baxış: 1 630
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Foxconn şirkətinin direktoru şirkətin işçilərini robotla əvəzləmək niyyətini təsdiqləyib. Bu haqda ilk dəfə bir neçə il bundan əvvəl məlumat yayılmışdı, amma bu yaxın günlərdə keçirilmiş müəssisənin səhmdarlarının görüşündə Foxconn şirkətinin top-meneceri deyib ki, avtomatlaşdırılmış sistemlərin yoxlanması yekun mərhələdədir.

Milli.Az ICTnews-a istinadən bildirir ki, elektron xəbər xidməti tech.onliner.by saytına istinadən bildirir ki, birinci mərhələ çərçivəsində 10 min Foxbot robotu quraşdırılacaq, çox güman ki, bu robotlar Applesmartfonlarınınquraşdırılmasıyla məşğul olacaqlar.

Şirkətə 20-25 min dollara başa gələn hər bir robot illik 30 minədək qurğu quraşdıracaq.

Hazırda Foxconn müəssisələrində təxminən 1,2 milyon insan çalışır.
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.