Flame smartfonu 1,2 QHs takt tezlikli ikinüvəli Qualcomm Snapdragon prosessoru, 4,5 düymlük FWVGA ekranı (854x480 piksel) və iki kamera (arxa paneldə avtofokus və işıqlandırıcıya malik 5 meqapiksellik və ön paneldə 2 meqapiksellik) ilə təchiz edilib. Daxili yaddaşın həcmi 8 QB təşkil edir.
Milli.Az ICTnews-a istinadən bildirir ki, akkumulyatorun tutumu 1800 milliamper/saat təşkil edir. Bundan başqa, iki SİM kart dəstəklənir, kontaktsız ödənişlər üçün NFC çip, həmçinin microSD slotu, Wi-Fi (802.11 b/g/n) və Bluetooth 3.0 modulları mövcuddur. Əməli yaddaşın həcmi 256 MB ilə 1 QB arasında dəyişilir.
Flame smartfonu Yaponiyadan başqa bütün ölkələrə tədarük olunur.
Milli.Az