Mobil telefon

Lenovo lider olmaq istəyir

1 Yanvar 2014 19:11
2 Şərh     Baxış: 1 888
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Son zamanlar sürətlə inkişaf edən və fərdi kompüter (FK) bazarında liderliyi ələ keçirən Çinin Lenovo şirkətinin rəhbərliyi yaxın gələcəkdə qlobal mobil qurğu bazarında lider olmağı qarşısına hədəf qoyub. Bu haqda bu vaxtlarda Lenovo şirkətinin beynəlxalq biznes bölməsinin vitse-prezidenti Cey Di Hovard deyib.

Milli.Az ICTnews-a istinadən bildirir ki, şirkət rəhbərliyinin qarşıya qoyduğu hədəfə nail olmaq çox çətin olacaq, lakin Lenova şirkətinin FK bazarında liderliyi 5 il bundan əvvəl əlçatmaz görünürdü. Qeyd edək ki, Lenovo hazırda faktiki olaraq dünyanın üçüncü ən böyük smartfon və planşet tədarükçüsüdür. Bundan başqa, son il ərzində şirkət mobil qurğu tədarüklərinin həcmini 7-dən 12,9 milyona qədər artırıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.